Britaniyada dövlət borclanması sentyabrda 23 milyard dollara çatıb

Britaniyada dövlət borclanması sentyabrda 23 milyard dollara çatıbBöyük Britaniya hökumətinin dövlət borcu rekord inflyasiya səbəbindən sentyabr ayında 20 milyard funt-sterlinqə (təxminən 23 milyard dollar) çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Milli Statistika Xidmətinin hesabatına istinadla məlumat yayıb.
Qəzetin yazdığına görə, ötən ay büdcə kəsirinin maliyyələşdirilməsi üçün ümumi borclanma statistik məlumatların toplanmasına başlanıldığı 1993-cü ildən bəri ən yüksək ikinci göstərici olub. Rekord göstərici isə 2020-ci ilin mayında koronavirus pandemiyasının pik həddə çatdığı vaxt qeydə alınmışdı. O vaxt kredit məbləği 45 milyard funt-sterlinqə (51 milyard dollar) çatmışdı.
Sentyabrda enerji qiymətlərinin bahalaşması və hökumətin yanlış hesablamaları səbəbindən dövlət xərcləri 5,8 milyard funt sterlinq (təxminən 7 milyard dollar) artıb. Britaniya Nazirlər Kabinetinin iqtisadi kursu Birləşmiş Krallıqda rekord inflyasiyaya səbəb olub. Hazırda inflyasiya 10,1 faizə çatır ki, bu da son 40 ildə maksimum göstəricidir. Funt sterlinqin məzənnəsi müəyyən məqamda rekord həddə enərək, demək olar ki, dollarla bərabərləşmişdi.//AzərTAC

Xəbərlər     Tarix: 21 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda təsdiqləndi

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler online pul qazanmaq biznes qurmaq bitcoin dollar mezenne