Britaniyada xərçəng xəstələrinə qarşı irqi ayrı-seçkilik
Böyük Britaniyada qaradərili və asiyalı insanlar xərçəng diaqnozunun qoyulması üçün yerli əhalidən daha çox gözləməli olurlar.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Exeter Universiteti və "The Guardian" tərəfindən araşdırma aparılıb.
On il ərzində 126 min xərçəng xəstəsinin təhlili göstərib ki, yerli (ağdərili) bir insanın ilk dəfə həkimə getməsi ilə diaqnoz qoyulması arasındakı orta vaxt 55 gündür. Bu, asiyalılar üçün 60, qaradərililər üçün isə 61 gündür.
Ağır xərçəng xəstələri üçün gözləmə müddətlərində fərqlər inanılmaz dərəcədə çoxdur.
Ağdərili insanlar üçün özofaqoqastrik xərçəng (mədə və ya özofagus) diaqnozu qoyulması üçün orta vaxt 53 gün, asiyalılar üçün isə 100 gündür.
Qan xərçəngi üçün gözləmə müddəti 93 gün olduğu halda, qaradərililər üçün bu müddət 127 gündür.
Qeyd edək ki, diaqnozun gecikməsi xəstələrdə müalicənin effektivliyini və sağqalma ehtimalını azaldır.
İqbal Rzayev,
KONKRET.az
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml