Brüssel görüşündə bu məsələlər müzakirə edilə bilər - AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir. Artıq Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb. Görüşdə hansı mövzuların müzakirə ediləcəyi və nə kimi nəticələrin əldə olunacağı maraq doğurur.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılovun sözlərinə görüşdə Azərbaycanın təklifləri əsasında Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində konkret addımların atılması məsələsi müzakirə oluna bilər: "Hesab edirəm ki, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində müvafiq komissiyaların yaradılması müzakirə ediləcək. Bildiyiniz kimi delimitasiya və demarkasiya üzrə komissiyalar yaradılıb və artıq onlar arasında görüşlər də baş tutub. Lakin sülh müqaviləsilə bağlı belə bir komissiya mövcud deyil. Digər müzakirə olunacaq məsələ isə tərəflər arasında iqtisadi sferada əməkdaşlığın qurulması potensialı ilə bağlı olacaq. Bu da Ermənistanı xarici güclərin əlindən xilas etmək və Azərbaycan, eləcə də Türkiyənin təsir imkanlarını artırmaq baxımından geniş imkanlar yaradacaq. Üçüncü məsələ isə delimitasiya və demarkasiya prosesində konkret addımların atılmasıyla bağlı ola bilər. Çünki komissiyalar arasında görüşlər keçirilsə də, hələlik konkret işlər görülməyib. Xüsusilə də, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi kimi bölgələr var ki, delimitasiya prosesindən sonra Azərbaycanın nəzarətinə qayıdacaq".
Politoloq əlavə edib ki, sonda yekun bəyanatın imzalanması da mümkündür: "Müzakirələrdən sonra Zəngəzur dəhlizilə bağlı konkret addımların atılmasına da şahidlik edə bilərik. Biz Ermənistana heç bir mənada güvənməməliyik. Əlbəttə ki, Ermənistan müstəqil xarici siyasət kursu olmayan və siyasi təsisatları zəif dövlət olduğu üçün hər zaman xarici güclərin təsiri altında olur. Yəqin ki, yenə də Brüssel görüşündən sonra Ermənistana təzyiqlər olacaq. Bunun nəticəsində müəyyən provokativ və təxribat xarakterli addımlara da şahidlik edə bilərik. Lakin Azərbaycan qalib tərəf kimi şərtləri diqtə edir və zorla da olsa Ermənistan öhdəliklərini yerinə yetirmək məcburiyyətində qalacaq".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Onlayn biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Bitcoin necə işləyir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
CV-nin tərtib edilməsi prinsipləri