Bu ayın sonunda Macarıstan Azərbaycandan qaz tədarükü ilə bağlı müqavilə imzalayacaq

Bu ayın sonunda Macarıstan Azərbaycandan qaz tədarükü ilə bağlı müqavilə imzalayacaqMacarıstan bu il Azərbaycandan 1 milyard kubmetr təbii qaz almaq üçün bu ayın sonunda Bolqarıstan, Rumıniya, Yunanıstan və Türkiyə ilə müqavilə imzalayacaq.
Bunu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən LNG sammitində bildirib.
Onun sözlərinə görə, Macarıstan bu il 1 milyard kubmetr qaz almaq üçün Azərbaycanla siyasi razılaşma əldə etdikdən sonra ölkələr yaxın aylarda birgə bazar sınaqları keçirəcək.
Nazir əlavə edib ki, bu ayın sonunda birgə saziş imzalanacaq: "Macarıstan Cənub-Şərqi Avropanın nəqliyyat infrastrukturu vasitəsilə Azərbaycandan təbii qaz əldə etmək üçün texniki imkanları araşdırmaq üçün Bolqarıstan, Rumıniya, Yunanıstan və Türkiyə ilə səylərini birləşdirir.
P. Siyarto həmçinin bildirib ki, Macarıstan Azərbaycandan illik 2 milyard kubmetr təbii qaz almaq üçün uzunmüddətli müqavilə imzalamağı nəzərdən keçirir: "Bu tədarüklərin tranzitinin əsasında isə Cənub-Şərqi Avropanın boru kəmərləri durur. Buna görə də, biz bu regionda infrastrukturun inkişafına təkan veririk. Çünki bu, yeganə həll yoludur. Bu məsələ bu cür layihələrin maliyyələşdirilməsinin təmin edilməsindən ibarət olacaq. Çünki Avropa İttifaqı boru kəmərinin tikintisi üçün əlavə vəsait yatırmaq istəmədiyini bildirib".
P. Siyartonun sözlərinə görə, Macarıstan Xorvatiyanın Krk adasındakı idxal terminalı vasitəsilə mayeləşdirilmiş təbii qaz (LNG) tədarüklərini qəbul etməyə hazır olan zəruri milli infrastruktura malikdir. Bununla belə, Xorvatiya-Macarıstan İnterkonnektoru Macarıstana 1.75 milyard kubmetr qaz nəql etməyə qadirdir. Bu isə o deməkdir ki, Xorvatiya ötürmə imkanlarını artırmasa, ölkə Krk terminalının planlaşdırılan tutumunun 6 milyard kubmetrə qədər artırılmasından yararlana bilməyəcək.
Bundan əlavə, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) qarşılıqlı əlaqə xəttinin tutumunun 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər planlaşdırılmış genişləndirilməsi də Macarıstan və Mərkəzi Avropada enerjinin şaxələndirilməsi üçün vacibdir.
P. Siyarto əlavə edib ki, IGB Macarıstana Yunanıstan və Türkiyədəki LNG terminallarından idxal etməyə imkan verəcək.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Azərbaycan təbii qazının Macarıstana göndərməkdə əsas rolu BRUA kəməri oynayacaq. BRUA Macarıstana ildə 4.4 milyard kubmetr, Bolqarıstana 1.5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Kəmərin uzunluğu 1 318 km təşkil edir. / banker.az

Xəbərlər     Tarix: 04 aprel 2023

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun investisiya kripto