Bu Azərbaycan şirkəti 40 ölkəyə 5,4 milyon dollarlıq xidmət ixrac edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı"nın aprel sayı dərc edilib.
Marja xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" dünyanın 40 ölkəsinə 5,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. "Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)" xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80 faizini təşkil edib. 2023-cü ilin mart ayında isə "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" dünyanın 39 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 1,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1 milyon ABŞ dolları ilə Lüksemburq, 805,7 min ABŞ dolları ilə Fransa, 446 min ABŞ dolları ilə BƏƏ və 252,5 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.
/ marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?