Bu gün qlobal bazarlar üçün mühüm məlumatlar açıqlanacaq - GÜNƏ BAXIŞ

Bu gün qlobal bazarlar üçün mühüm məlumatlar açıqlanacaq - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sisteminin (FED) inflyasiya ilə mübarizədə atdığı "şahin" addımlarının təsirləri gec də olsa, Amerika iqtisadiyyatında hiss edilməyə başlanıb. Beləki, bu həftə açıqlanan məlumatlar əmək bazarında yavaşlama əlamətlərini ortaya qoydu.
Ölkədə 2021-ci ilin may ayından bəri ilk dəfə 10 milyondan aşağı düşən JOLTS Vakant İşyerlərinin Sayı məlumatından sonra ADP Özəl Sektorda Yeni Yaranan İşyerlərinin sayı da çərşənbə günü proqnozları qarşılamadı.
Dünən isə ABŞ-da İşsizlik Müavinatı Üçün Müraciətlərin sayı aprelin 1-də bitən həftədə 228 minə qədər azalsa da, ehtimalların üzərində açıqlandı.
Bu gün isə ABŞ-da açıqlanacaq "NFP" və əmək haqları göstəricilərinin iqtisadiyyatın gedişatı ilə bağlı mənzərəni daha da aydınlaşdıracağı gözlənilir.
FED rəsmilərinin açıqlamalarına gəldikdə isə, St.Luis FED-in sədri Ceyms Bullard bildirib ki, əmək bazarı güclü qaldığı müddətcə FED inflyasiyanın aşağı düşməsi üçün faiz dərəcələrini artırmağa davam etməlidir.
Bullard, bankın qarşısında çox uzun bir yol olduğunu, inflyasiyanın gələcəkdə qalıcı ola biləcəyini və onun yenidən 2% hədəfinə endirilməsinin çətin olacağını və bu səbəbdən faiz dərəcələrinin bu səviyyələrdə qalması lazım olduğunu bildirib. Bullard vurğulayıb ki, ABŞ iqtisadiyyatı üçün ən ciddi risklərdən biri mövcud inflyasiya səviyyəsinin qalıcılığı və bu səviyyələrdə sabitləşməsidir.
Digər tərəfdən, "JPMorgan Chase"-in baş icraçı direktoru (CEO) Ceymi Dimon CNN-ə verdiyi müsahibədə bank böhranının ABŞ-da resessiya ehtimalını artırdığı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bu gün ABŞ-da birjalar Pasxa bazarından əvvəl cümə gününə təsadüf edən Müqəddəs Cümə günü ilə əlaqədar bağlı olacaq.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl "güvənli liman" missiyasını davam etdirir. Təhlillərə əsasən hazırda 2007$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 2016$ səviyyəsinin üzərinə yüksəlsə, artım tendensiyasının 2032$-a və 2052$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 07 aprel 2023

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq