Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) Pul Siyasəti Komitəsinin Şahap Kavcıoğlunun sədrliyi ilə iclası keçiriləcək. Marja xəbər verir ki, faiz qərarı Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq. Bankın uçot dərəcəsini 8,5 faiz səviyyəsində sabit saxlayacağı gözlənilir.
Sorğuya qatılan iqtisadçılar Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) iclasında siyasət faizini dəyişməz saxlayacağını gözləyirlər. Bütün iqtisadçılar siyasət faizinin 8,50 faiz səviyyəsində sabit qalacağını nəzərdə tuturlar.
Ötən ay keçirilən iclasında da Mərkəzi Bank uçot dərəcəsini 8,50 faiz səviyyəsində sabit saxlayıb.
Mərkəzi Bank yanvar ayından faizini dəyişməz saxladıqdan sonra fevralda uçot dərəcəsini 0,50 faiz bəndi azaldaraq 8,50 faizə endirib. Mart ayında faiz dərəcəsində dəyişiklik olmayıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?