Bu gündən elektron siqaretlərin istifadəsi qadağan edilir - Qızdırılan tütün məmulatlarına isə icazə var

Bu gündən elektron siqaretlərin istifadəsi qadağan edilir - Qızdırılan tütün məmulatlarına isə icazə varMəlum olduğu kimi bu gündən etibarən Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.
Cərimələr – məbləğlər
Elektron siqaretlərdən istifadənin qadağan olunması özü ilə bərabər cərimələr də gətirib. Belə ki, eletkron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışına müəyyən cərimələr tətbiq olunacaq. Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə müəyyən ediləcək.
Qızdıdırılan tütün məmulatı isə elektron siqaret hesab edilmədiyi üçün, onun istifadəsinə görə cərimə yoxdur.
Elektron siqaretlələrə bağlı bunu etsəniz siz daha iri məbləğəli cərimələr gözləyir.
Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satılması və saxlanılması halları olarsa, bunlar sizdən müsadirə ediləcək və aşağıdakı cərimələr tətbiq olunacaq:
Fiziki şəxslər: 350 manatdan 500 manatadək;
Vəzifəli şəxslər: 1650 manatdan 2200 manatadək;
Hüquqi şəxslər: 4 min manatdan 5 min manatadək.
Qızdırılan tütün məmulatlarının istifadəsinə isə icazə var, qanunla qadağan edilmir.
Çünki həmin qanuna əlavə edilmiş 1.0.4-1ci maddəyə görə, qızdırılan tütün məmulatları elektron siqaret hesab edilmir.
Hazırda dünyada olduğu kimi Azərbaycanda da həm elektron siqaretlərin, həm də qızdırılan tütün məmulatlarının istifadəsi geniş yayılıb. Əhali arasında hər ikisi məşhur olsa da, bir çoxları bunların fərqini bilmir və hər ikisinin də elektron siqaret olduğunu düşünür. Lakin bu heç də belə deyil.
FED.AZ biznes və maliyyə xəbərləri portalı elektron siqaretlərlə tütün qızdırıcılarının həm tərkibi, həm də işləmə prinsipinin fərqini araşdırıb.
Belə ki, insanlar arasında "Vape" adlanan – elektron siqaretlər mayeni qızdırıb buxara çevirir. Tərkibi əsasən nikotin, propilenqlikol (rəngsiz, qoxusuz, şirin maye – FED.AZ), bitki qliserini və dadlandırıcılardan ibarət olur. Bundan başqa ən başlıcası elektron siqaretlərin tərkibində tütünün özündən istifadə olunmur.
Qızdırılan tütün məmulatlarında isə həqiqi tütündən istifadə edilir. Onların cihazları tütünü yandırmadan yüksək tepmraturda qızdırmağa imkan verir. Bu cihazlar üçün xüsusi hazırlanmış tütün çubuqları olur.
Elektron siqaretlərin əhali arasında daha çox istifadə olunmasının əsas səbəbi hər şəraitdə istifadə oluna bilməsi və xüsusi dadlara malik olmasıdır.
Gəlin elektron siqaret və qızdırılan tütün məhsulu arasındakı əsas fərqləri daha dərindən anlayaq. Onların əsas tərkib fərqini başa düşək.
Fərq nədədir?
Qızdırılan tütün məmulatı (HTP):
İçində həqiqi tütün yarpağı olur və cihaz bu tütünü yandırmadan, yalnız 250–350°C civarında qızdırır;
Qızdırılan tütün çubuqları (məsələn, Terea) məhz tütün qızdırıcı cihazlar (IQOS) üçün nəzərdə tutulur;
Elektron siqaret (vape):
Tütün yoxdur;
Cihaz nikotin tətkibli mayeni (propilenqlikol, qliserin, nikotin və aromalar) spiral (coil) vasitəsilə qızdırıb buxara çevirir;
Nikotin miqdarı istehlakçı tərəfindən seçilə bilər və tam nikotinsiz variantlar da mövcuddur;
Bəs hər iki məhsulda işləmə mexanizmi necədir?
Qızdırılan tütün məmulatında:
Elektron qızdırıcı cihaz vasitəsilə tütünü yanma nöqtəsinə çatdırmadan qızdırır;
Nəticədə tütün mənşəli aerozol əmələ gəlir;
Elektron siqaret isə:
Metal spiral nikotin tətkibli məhlulu qızdıraraq buxar yaradır (propilenqlikol, qliserin, nikotin, aromalar)
FED.AZ məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, "Tütün və tütün məmulatı haqqında" Qanuna edilən dəyişillikdən sonra yeni iki anlayış yaranıb: "qızdırılan tütün məmulatı" və "elektron siqaret". Qızdırılan tütün məmulatı nədir izah edim: tütün qarışığından və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır. Qanunla icazə verilir.  
F.Məmmədovun bildirib ki, qanunda da qeyd olunduğu kimi qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir və icazəlidir.
Elektron siqaret isə qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Bu isə birbaşa qanunla qadağandır.
F.Məmmədov bildirib ki, qanuna edilmiş müvafiq dəyişikliklər aprelin 1-dən qüvvəyə minəcək. Həmin tarixdən sonra elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olacaq.

Biznes     Tarix: 01 aprel 2026

Oxşar xəbərlər

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu