Bu il Azərbaycandan İtaliyaya 9.6 mlrd. kubmetr qaz tədarükü proqnozlaşdırılır

Bu il Azərbaycandan İtaliyaya 9.6 mlrd. kubmetr qaz tədarükü proqnozlaşdırılırBu il Azərbaycandan İtaliyaya 9.6 milyard kubmetr qaz tədarükü proqnozlaşdırılır.
Energetika Nazirliyinin məlumatına əsasən, bunu nazir Pərviz Şahbazov Milanda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə görüşündə bildirib.
Görüşdə enerji sahəsində və Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), İtaliyanın G7-yə sədrliyi çərçivəsində əməkdaşlığın geniş spektri müzakirə edilib. Azərbaycanla İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya ilə münasibətlərin hərtərəfli inkişafına önəm verdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, indiyə kimi Avropaya tədarük edilmiş 37.9 milyard kubmetr qazın 30 milyard kubmetrdən çoxunun bu ölkəyə nəqli və İtaliyanın qazla təchizatında Azərbaycanın ilk üçlükdə qərarlaşması müsbət məqamlar kimi qeyd olunub.
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) 2026-cı ildən ötürücülük gücünün 1.2 milyard kubmetr genişlənməsinin isə enerji təhlükəsizliyi və dekarbonizasiya məsələlərində əməkdaşlığımızı gücləndirəcəyi bildirilib. "Ansaldo Energia" şirkəti ilə hazırda inşa olunan 1 280 MVt-lıq elektrik stansiyasının və azad edilmiş ərazilərdə yarımstansiyaların avadanlıqlarla təchizatı üzrə əməkdaşlıqdan da bəhs olunub və bərpa olunan enerjinin tədarükü perspektivləri dəyərləndirilib.
İtaliyanın "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" vasitəsilə Azərbaycandan "yaşıl enerji"nin təchiz edilməsinə marağı ifadə edilib. / banker.az

Xəbərlər     Tarix: 02 iyul 2024

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

ünyanın ən zəngin idmançıları

iqtisadi xeberler iqtisadiyyat xeberleri telefonla pul qazanmaq rubl mezenne bitkoin