Bu rayonların qaz təchizatında fasilə yaranacaq
Bu gün Şamaxı, Xızı və Qobustan rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Billdirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Altıağac-Ağsu" Magistral Qaz Kəmərinin daxili səthinin təmizlənməsi ilə bağlı, aprelin 4-də, saat 09:00-dan işlər başa çatanadək "Altıağac 1-ci xətt", "Cənnət Bağı", "Hacılı əhali" və "Xilmilli kəndi" ölçü qovşaqlarından, həmçinin saat 12:00-dan işlər başa çatanadək "Şamaxı", "Mədrəsə" və "Çuxuryurd" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Şamaxı rayonu tam olaraq, Xızı və Qobustan rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. / banker.az
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind