Bu sahibkarlar KOBİA-dan qrant aldılar - SİYAHI, MƏBLƏĞLƏR

Bu sahibkarlar KOBİA-dan qrant aldılar - SİYAHI, MƏBLƏĞLƏRMikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş üçüncü qrant müsabiqəsinin nəticələri açıqlanıb.
İndiyədək işsiz olan 20 gənc "Səyyar kofe evləri" açacaq – MƏŞĞULLUQ LAYİHƏSİ
FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 234 layihədən 13-nün maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının fevralın 28-də keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə 230-u KOB subyekti və 4-ü qeyri-sahibkarlıq subyekti olmaqla ümumilikdə 234 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 106-sı hüquqi, 124-ü fiziki şəxslərə, o cümlədən 223-ü mikro, 6-sı kiçik, 1-i orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 128-i təhsil, 15-i elm, 29-u tədqiqat, 58-i isə dəstək layihələridir. 
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 3-cü qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr - 14 dekabr 2022-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2022-ci il - 10 fevral 2023-cü il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.
III Qrant müsabiqəsi 
S/S
KOB subyektinin adı
Layihənin adı və qısa məzmunu
Layihə üçün ayrılmış maliyyə vəsaiti (AZN)
  1.  
Fərdi sahibkar Piriyev Təmleyxa Yusif oğlu
"Loko" - izləmə cihazının hazırlanması, istehsalına başlanılması üçün işlərin həyata keçirilməsi, bazara çıxarılması və satışının həyata keçirilməsi
20 000
2.     
"Supply Chain Community" MMC
SCC portalının qlobal bazar üçün təkmilləşdirilməsi. Müasir texnologiyaların tətbiqi ilə unikal və çox funksiyalı platformanın yaradılması, təchizat zəncirinin idarə edilməsi proseslərini bir platformada cəmləşdirməsi
19 999
3.     
"Kuleko" MMC
"Kuleko" - yeni tipli, külək enerjisi turbinlərinin yaradılması. Minimal işlək məhsulun (MVP) yaradılması, müvafiq testlər çərçivəsində adaptasiya edərək külək turbinin hazır formaya çatdırılması
19 653
4.     
"E-Legal" MMC
"E-Legal" - sahibkarlar və sahibkar olmaq istəyən şəxslər üçün innovativ, rəqəmsal və sürətli hüquqi həllər platforması. Hüquq xidmətlərinin göstərilməsini onlayn müstəviyə effektiv şəkildə gətirərək tam elektronlaşmış hüquq xidmətlər platformasının təkmilləşdirilməsi, sahibkarların bizneslərini dayanıqlı və sürətli şəkildə inkişaf etdirməsinə təşviq edən rəqəmsal həllərin təmin edilməsi
19 574
5.     
"Brightminds İnternational" MMC
"artsale.az" portalının inkişafı. Azərbaycanda yaradıcı sektordan olan sahibkarlar, sənət adamları və xidmət göstərənlərə əlçatan satış, reklam, marketinq, tanıtım və təbliğat dəstəyinin təmin edilməsi
18 200
6.     
Fərdi sahibkar Nadirli Nadir Malik oğlu
"KOB subyektlərinin fəaliyyətinin effektivliyinin ölçülməsi və effektivliyə təsir edən amillərin müəyyən edilməsi". KOB subyektlərinin dayanıqlı inkişafa keçid mərhələsində necə idarə olunmasının effektivliyinin qiymətləndirilməsi
19 899
7.     
Fərdi sahibkar Əhmədov İlham Bəşir oğlu
"KOB-ların innovativ fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsi, tövsiyələrin hazırlanması". İnkişaf etmiş ölkələrdə kiçik sahibkarlıq subyektlərində innovasiya prosesinin effektivliyini müəyyən edən institusional, iqtisadi, texnoloji, metodik, təşkilati amillərin təhlili, onların təcrübəsinin öyrənilməsi, bu təcrübədən milli KOB-ların faydalanmasını təmin etmək, Azərbaycanda kiçik innovativ biznesin formalaşması və inkişafı üçün konkret təkliflərin hazırlanması
19 243
8.     
Fərdi sahibkar Məmmədova Fatimə Nizami qızı
"Faza" dəyişən materiallardan istifadə etməklə Günəş Panellərinin soyudulması və effektivliyinin artırılması. Yeni növ material vasitəsi ilə günəş panellərinin effektivliyinin önəmli ölçüdə gücləndirilməsi
20 000
9.     
Fərdi sahibkar Abdullayev Seymur Zahir oğlu
"STECH" EV (elektrik) və PHEV (plugin hybrid) avtomobillərin qida blokunun hazırlanması. Elektron aksesuar və yardımçı qurğuların yerli istehsal analoqları ilə əvəz edilməsi
19 998
10.   
Fərdi sahibkar Sultanov Malik Hətəm oğlu
"Agroficient" - kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün 
19 900
ağıllı su-depolayıcı materialın hazırlanması. Kənd təsərrüfatının inkişafı üçün ən önəmli faktorlardan biri olan suvarmanın səmərəliliyinin artırılması və bu sahədə fermerlərə dəstək göstərilməsi
11.   
"Edtesk" MMC
"Enthouse" - ağıllı idarəetmə sisteminin hazırlanması. Sistemin istixanalara, damcı suvarma sistemlərinə və balıq fermalarına tətbiqi
19 968
12.   
Fərdi sahibkar Məmmədova Rəbiyyə İlqar qızı
"Sapla" Akademiyası. Cənub bölgəsində qadın sahibkarların bilik və bacarıqların artırılması, onların sahibkarlıq fəaliyyətinə texniki dəstəyin göstərilməsi, məhsul və xidmətlərinin satışı üçün sosial müəssisənin, sərgi-mağazanının açılması 
19 982
13.   
Fərdi sahibkar Balayev Rəsul Ənvər oğlu
"Mikro, kiçik və orta biznesin Dağlıq Şirvan iqtisadi rayonunun inkişafında 
19 992
rolunun artırılması". İqtisadi rayonda KOB-ların inkişafı və təşviqi üzrə təklif və tövsiyələrin 
hazırlanması, onların həyata keçirilməsi imkanlarının qiymətləndirilməsi

Biznes     Tarix: 28 fevral 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler biznes krediti telefonla pul qazanmaq depozit faizleri valyuta xeberleri