Buğda və düyü idxalında artım qeydə alınıb
Bu ilin yanvar-fevral aylarında 268,1 min ton buğda idxal edilib.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, idxal edilən buğdanın dəyəri 82 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 51,9 milyon dollar olmaqla, 150,6 min ton buğda idxal edilmişdi.
Hesabat dövründə düyü idxalı da artıb. Belə ki, yanvar-fevral aylarında dəyəri 13,9 milyon dollar olan 16 min ton düyü idxal edilib. Ötən ilin müvafiq dövründə 9 milyon dollar dəyərində 10,9 min ton düyü idxal olunmuşdu.
Qarğıdalı idxalında isə azalma olub. Bu müddətdə 5,2 milyon dollarlıq 17,6 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə 5,4 milyon dollar dəyərində 18,6 min ton qarğıdalı idxal edilmişdi.
Bu ilin ilk iki ayında 1921 ton çay idxal edilib. Ötən il bu rəqəm 1745 olub. Bu müddətdə meyvə-tərəvəz idxalında azalma qeydə alınıb, dəyəri 46,9 milyon dollar olan 70,8 min ton meyvə-tərəvəz idxal edilib. Ötən il məbləği 48,7 milyon dollar olmaqla, 84,7 min ton meyvə-tərəvəz idxal olunmuşdu.
© Azərtac / marja.az

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı
Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Ən bahalı otellər hansılardır?
İnstaqramda biznes qurmağın yolları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın əh bahalı brendləri - TOP-10
Bill Qeyts kimdir?