Bürclər bu günə nə deyir ?

Bürclər bu günə nə deyir ?azxeber.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 
Qoç - problemlərin orijinal həll yolunu tapın. Ekstravaqant hərəkətlər və qərarlar zamanıdır. Təxəyyülünüzü məhdudlaşdırmayın. Parlaq ideyalar ola bilər.
Çoxdan bəri mövcud olan fikir ayrılıqları, ixtilaflar və problemləri həll etmək mümkündür. Mənasız və kiçik məsələyə görə münasibətləri korladığınız insanlarla ünsiyyəti bərpa edə bilərsiniz.
Günün ikinci yarısı romantik təmaslar, sevdiyiniz insanlarla ünsiyyətlər üçün əlverişlidir. Şəxsi həyatınızla bağlı önəmli qərarlar qəbul edə bilərsiniz.
Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Buğa - iki həftə əvvəl yaranmış mürəkkəb problemin həllini tapmaq üçün əlverişlidir. Həll yolu asan olmasa da, hər halda hərəkət etməyin gərəkdiyi istiqaməti müəyyənləşdirə biləcəksiniz. Gözləmədiyiniz, bel bağlamadığınız dəstəyi alacaqsınız.
Maliyyə məsələləri ilə bağlı çoxdan bəri həllini tələb edən problemi günün ikinci yarısında həll edəcəksiniz.
Tənbəllik etməyin, süst davranmayın. Özünüzlə yanaşı, yaxın ətrafınızdakı insanlar üçün də maraqlı məşğuliyyət tapın. Qohumlar və dostlarla əlaqələri möhkəmləndirin. Axşam saatları ailəvi tədbirlər üçün münasibdir.
Əkizlər - baş verənlərə rəğmən soyuqqanlı və təmkinli davranın. Təxribatlara uymayın. Mühüm qərarları müstəqil şəkildə qəbul edin. Məsləhət almaq fikriniz varsa, olayların məcrasında maraqlı olmayan, obyektiv insanı seçin. Hadisələrin bu və digər formada inkişafında maraqlı olmayan insan sizə yardımçı olacaq.
Günün ikinci yarısında situasiyanı obyektiv dəyərləndirin. Yaxın ətrafınızdakı insanların mənfi reaksiyasına və tənqidlərinə hazır olun.
Ailədə kiçik problemlər, dostlarla mübahisələr istisna deyil. Çalışdığınız insanlarla nəzakətli davranın.
Axşam saatları sakit istirahət üçün yaxşı zamandır.
Xərçəng - yaxşı ideyalarınız pis deyil. Məqsədə çatmaq üçün başqalarının təcrübəsindən yararlana bilərsiniz. Uğurlar gözləntilərinizdən də artıq olacaq. Qəfil təkliflər və dəvətlər istisna deyil.
İndiyədək sizdən uzaq durmağa çalışan, görüş və söhbətlərdən yayınan insanlar günün ikinci yarısında əlaqə yaratmağa çalışacaqlar.
Şəxsi münasibətlər üçün əlverişli zamandır. Sevdiyiniz insan müttəfiqiniz olacaq. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Təmaslar çox dinamik inkişaf edəcək.
Şir - yeni, genişmiqyaslı işə başlamağa dəyməz. Tələskənliyə yol versəniz, emosional olsanız, özünüzlə yanaşı, ətrafdakı insanların da əhvalını korlayacaqsınız. Maliyyə çətinlikləri istisna deyil. Bəzi əşyaların alınmasını təxirə salın.
Günün ikinci yarısını uğursuz adlandırmaq çətindir. Mühüm saydığınız işlərdə inkişaf olacaq. Yaxınlarınız sizə xoş sürpriz hazırlayıblar.
Rəğbət bəslədiyiniz, maraqlı saydığınız insanlardan biri ilə vaxtınızı xoş keçirəcəksiniz.
Şir - yeni, genişmiqyaslı işə başlamağa dəyməz. Tələskənliyə yol versəniz, emosional olsanız, özünüzlə yanaşı, ətrafdakı insanların da əhvalını korlayacaqsınız. Maliyyə çətinlikləri istisna deyil. Bəzi əşyaların alınmasını təxirə salın.
Günün ikinci yarısını uğursuz adlandırmaq çətindir. Mühüm saydığınız işlərdə inkişaf olacaq. Yaxınlarınız sizə xoş sürpriz hazırlayıblar.
Rəğbət bəslədiyiniz, maraqlı saydığınız insanlardan biri ilə vaxtınızı xoş keçirəcəksiniz.
Qız - müsbət təmayüllərin təsiri güclənir. Amma ciddi problemlər yaranmayacaq. Böyük məbləğlə risk etməyin. Maliyyə avantüralarına qatılmayın. Sürətlə, asan şəkildə gəlir əldə etməyə çalışmayın.
Günün ikinci yarısında itkilər ola bilər. Buna rəğmən əhvalınızı korlamayın. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Tənbəllik etməyin, aktiv davranın.
Axşam saatları maraqlı keçəcək.
Tərəzi - planlarınız və niyyətləriniz barədə yaxınlarınıza danışa bilərsiniz. Yardımlardan imtina etməyin. Müstəqil işləməyə can atmayın. Birgə fəaliyyət və əməkdaşlıq daha effektivdir. Problemlərin həlli yaradıcı yanaşma tələb edir.
Günün ikinci yarısına olaylara orijinal nəzər gərəkdir. Sənədləşdirmə və ya dövlət qurumlarının nümayəndələri ilə təmasları ertələyin.
Romantik təmaslar ümidləri doğrultmayacaq. Sevdiyiniz adamı sevindirmək üçün çalışın, səy göstərin. Ənənələri pozmaqdan çəkinməyin. Dəyər verdiyiniz insanlar sizi sərt tənqid etməyəcəklər.
Əqrəb - işlərin əvvəlcədən nəzərdə tutulmuş plan çərçivəsində getməməsi sizi ruhdan salmasın. Dediklərinizi dərhal anlamırlarsa, soyuqqanlı olun. Problemlərin həllini tapa bilərsiniz. Sadəcə, qüvvələrinizi və situasiyanı real dəyərləndirin. Bunun üçün gərəkli nüanslar var.
Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısında yaxınlarınızı sevindirə bilərsiniz.
Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlıqlar istisna deyil. Axşam saatlarında tənha qalmaq istəyəcəksiniz. Sakitləşin, qüvvələrinizi bərpa edin.
Oxatan - baş verənlərə rəğmən nikbin olun. Situasiyanı yanlış dəyərləndirməyin. Gün çətinliklərdən xali deyil, amma sonuc pis deyil. Yeni ideyaları sürətlə həyata keçirəcəyinizi düşünməyin. Bununla belə, həmin ideyaları unutmayın. Vaxt gələndə, onları həyata keçirə bilərsiniz.
Günün ikinci yarısında uzunmüddətli layihələri müzakirə etmək olar. Yaxın gələcəklə bağlı planların təhlilə ehtiyacı var.
Sakit və soyuqqanlı olun, tövrünüzü pozmayın.
Ünsiyyətdə sərvaxt davranın. Ən aqressiv insanlarla dil tapmağa çalışın. Axşam saatları dəvət aldığınız tədbirə qatılmaq üçün münasib zamandır.
Oğlaq - soyuqqanlı olun, təmkinli qərarlar verin. Kimsəyə imkan verməyin ki, sizi təbdən çıxarsın. Günün ilk yarısında əhvalınız korlanarsa, emosional qərarlar verməyin. Yaşlı qohumlarla ünsiyyətdə problemlər ciddi deyil.
Günün ikinci yarısında situasiya ilk baxışdan göründüyü kimi fəsadlar vəd etmir. Mübahisələrdə geri çəkilməyə tələsməyin. Səbrli olsanız, baxışlarınızı və mövqelərinizi müdafiə edə bilərsiniz.
Maliyyə fonu uğurlu deyil. Planları reallaşdırmaq üçün pul çatışmır. Borc almaq əsla məsləhət deyil.
Axşam saatlarında şəxsi münasibətlərdə ciddi irəliləyişlər ola bilər.
Dolça - işlər pis deyil. Problemlər yaransa da, onlar önəmli deyil. Layiq olduğundan artıq inandığınız insanlar problem yaradacaq. Sinirlənməyin, aqressiv olmayın. Baş verənləri dəqiq qiymətləndirib davranışınızda dəyişikliklər edin.
Günün ikinci yarısı dostlarla görüş, planlaşdırılmamış təmaslar üçün əlverişlidir. Yeni tanışlıqlar istisna deyil. Haqlarında yaxşı sözlər eşitdiyiniz insanlarla tərəfdaşlığa başlaya bilərsiniz.
Axşam saatları yaşlı qohumlarla ünsiyyət üçün münasibdir. Onlara qayğı bəsləyin, diqqətli davranın.
Balıqlar - uğurlu və sərfəli gündür. Qəfil nailiyyətlər, xoş təsadüflər istisna deyil.
Kədər və melanxoliyaya meylli olsanız da, əhvalınızı korlamayın. Yeni maraqlar, planlar və ideyalar peyda olacaq.
Yeni məlumatlar, faydalı təcrübə əxz etməyə çalışın.
Günün ikinci yarısında maraqlı romantik macəra istisna deyil. Təəssüratlar unudulmayacaq. Yeni münasibətlərə başlaya bilərsiniz. Axşam saatlarını ailə üzvlərinizə həsr edin.

Xəbərlər     Tarix: 05 sentyabr 2022

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler bitkoin birbank dollar məzənnəsi bu gunun xeberleri