"Cahan Sənaye Kompleksi" 40 min ədəd radiator ixrac edəcək - SAZIŞ İMZALANDI
Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının qabaqcıl şirkətlərindən "Cahan Holdinq"in tərkibindəki "Cahan Sənaye Kompleksi" Özbəkistana məhsul ixrac edəcək.
Bağlanan bankın daha bir mənzili - SATIŞA ÇIXARILDI - QİYMƏT
FED.az xəbər verir ki, fevralın 24-də "Cahan Sənaye Kompleksi" adından Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və Özbəkistanın "Azimut Plus" şirkətinin direktoru Şayusupov Maxmudjon bununla bağlı saziş imzalayıblar. Müqaviləyə əsasən, "Cahan Sənaye Kompleksi" Özbəkistana ümumilikdə 40 min ədəd məişət istilik sistemləri radiatoru ixrac edəcək.
İmzalanma mərasimi Daşkənddə keçirilən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan investisiya, sənaye və ticarət naziri Laziz Kudratovun da iştirak etdiyi 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu zamanı baş tutub.
Forum Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO tərəfindən təşkil olunub.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?