Cari ilin ilk rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

Cari ilin ilk rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilibRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar-mart aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 42 hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən 11 626 ədəd müxtəlif markalı və modelli avadanlıqlara xüsusi icazə verilməsi ilə bağlı edilən müraciətlərə baxılıb. 
Qanunauyğun olaraq həmin müraciətlər üzrə 8 085 ədəd avadanlığın idxalı ilə bağlı xüsusi icazə sənədinin verilməsi təmin olunub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Eyni zamanda 6 müraciət üzrə 3 504 ədəd avadanlıq üçün edilən müraciətlərdə təqdim edilən sənədlər düzgün tərtib olunmadığından düzəliş edilərək yenidən müraciət üçün metodiki yardım edilib.
Bununla yanaşı, 36 ədəd avadanlıq üzrə icazə tələb olunmaması barədə müraciətçilər məlumatlandırılıb. Həmçinin 1 ədəd avadanlıq üçün edilən müraciət qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir.
Qeyd olunan dövrdə hüquqi və fiziki şəxslər tərəfindən 454 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusi icazələrin alınması, o cümlədən onlara verilmiş icazələrin ləğvi üçün 58 müraciət edilib. 353 ədəd avadanlıq üçün edilən 43 müraciətə müsbət cavab verilib. 12 müraciət üzrə 84 ədəd avadanlığın mülki dövriyyəsinə tələb olunan sənədlər düzgün təqdim edilmədiyi üçün düzəliş olunaraq yenidən müraciət olunması barədə metodiki yardım edilib.
Bununla yanaşı, 8 ədəd avadanlıq üçün xüsusi icazə verilməsi ilə bağlı edilən 3 müraciət qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir. Həmçinin verilmiş icazənin ləğvi üçün edilən müraciətlər üzrə 9 avadanlığın xüsusi icazəsinin ləğv olunması təmin edilib.
Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA tərəfindən "Radioelektron vasitələrə verilən icazələr" elektron xidməti (https://e-permission.icta.az) istifadəyə verilib. Elektron xidmətin tətbiqi müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını mümkün edib.
Həmçinin 2025-ci ilin yanvar-mart ayları ərzində "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq sürətli poçt xidmətinin göstərilməsi üçün 75 müraciət üzrə lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatların uyğunluğunun qiymətləndirilməsi təmin olunub.
Nəticədə 72 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib. Digər 3 müraciətlə bağlı isə müsbət rəy verilməyib.
Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək. / marja.az

Maliyyə     Tarix: 02 may 2025

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti