"Caspian Energy Club" təşkilatlçılığı ilə - "CEO MEET UP DUBAI" KEÇİRİLİB

Bakıda "Caspian Energy Club", "Caspian Energy UAE"-nin təşkilatçılığı, EMAAR-ın Unique Zone Real Estate tərəfdaşının dəstəyi və MyGroup-un iştirakı ilə "Dubayda daşınmaz əmlak inkişaf modeli" mövzusunda "CEO MEET UP DUBAI" keçirilib.
FED.az xəbər verir ki, tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Murad Əl Baluşi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müavini Rüfət Atakişiyev fəxri qonaq qismində iştirak ediblər. Tədbirdə həmçinin özəl sektordan olan 90 şirkətin nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən "Caspian Energy Club"-ın sədri və baş icraçı direktoru Telman Əliyev qonaqları salamlayaraq, iştiraklarına görə onlara təşəkkürünü bildirdi və sözü "Caspian Energy UAE"-nin İdarə Heyətinin sədri Emil İskəndərova verdi. Emil İsgəndərov çıxışı zamanı iştirakçıların nəzərinə çatdırdı ki, "Caspian Energy Club" bu cür tədbirləri hər ay həm Azərbaycan Respublikası ərazisində, həm də BƏƏ-də keçirməyi planlaşdırır. Emil İsgəndərovun qeyd etdiyi kimi, bu görüşlər iki ölkənin özəl sektoru arasında ikitərəfli münasibətlərin inkişafına təkan vermək, dialoqu dərinləşdirmək və ikitərəfli əməkdaşlıq yolunda uğurları genişləndirmək məqsədi daşıyır. O, həmçinin bildirdi ki, "Caspian Energy UAE" BƏƏ bazarına çıxmaq istəyən azərbaycanlı sahibkarlara bundan sonra da kömək etməyə hazırdır və EMAAR Property və Unique Zone Real Estate kimi iri şirkətləri əməkdaşlığa dəvət etmək niyyətindədir. EMAAR Property-nin fəaliyyətindən danışan Emil İskəndərov EMAAR-ın BƏƏ-nin ən böyük tikinti şirkətlərindən biri olduğunu və Burj Khalifa, Dubai-Mall, King Abdullah Economic City və s. kimi möhtəşəm və iri miqyaslı layihələrin müəllifi olduğunu vurguladı.
EMAAR Property-nin Satış Departamentinin rəhbəri Bhaskara Santosh Punuru, Unique Zone Real Estate şirkətinin baş direktoru Ankush Midha, Pasha Property Management MMC-nin baş icraçı direktoru Fuad Kərimov və North West Construction MMC-nin İdarə heyətinin üzvü Samir Qasımov tədbirin panel müzakirəsinin spikerləri qismində çıxış etdilər.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zati-aliləri Məhəmməd Murad Əl Baluşi BƏƏ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəm təməl üzərində qurulduğunu qeyd edərək, iki ülkənin arasındakı iqtisadi əlaqələrin uğurlu inkişafının şahidi olmaqdan məmnun olduğunu dedi. "Liderlərimizin möhkəm iradəsi sayəsində hər iki ölkənin özəl sahibkarları və investorları bu əlaqələrdən faydalanmaq imkanı əldə ediblər. Dubay Ticarət və Sənaye Palatasının Bakı ofisinin, Azərbaycanın Ticarət Nümayəndəliyinin və Azərbaycan Ticarət Evinin BƏƏ-də açılması kimi əldə olunan nailiyyətlər, eləcə də ikitərəfli münasibətlərin inkişafı və ikitərəfli ticarətin həcminin yüksəlməyi ilə fəxr edirik. Həm BƏƏ, həm də Azərbaycan iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən rəqəmsal iqtisadiyyat, qabaqcıl texnologiyalar və süni intellekt imkanları üzrə böyük potensiala malikdir", - deyə Cənab Səfir bildirib.
Görüş zamanı iştirakçılar Covid-19-un daşınmaz əmlak sektoruna təsiri, Azərbaycan bazarının Yaşıl Konsepsiyaya hazırlığı, Azərbaycanın daşınmaz əmlak bazarı Dubay modelinin hansı təcrübəsinin mənimsənilə biləcəyi və digər məsələləri müzakirə etdilər.
Görüşdə çıxış edən Rüfət Atakişiyev bildirib ki, bu cür müzakirələr iştirakçılar üçün dialoq qurmaq üçün gözəl imkan yaradır. "Bu gün "Caspian Energy Club"-ın belə mühüm görüşlərin təşkilində peşəkar fəaliyyəti sayəsində biz EMAAR Property-nin sahibkarlarımıza nə təklif edə biləcəyini və bu istiqamətdə sahibkarlarımızın gözləntilərinin nə olduğunu öyrənə bilərik", - R.Atakişiyev bildirib. O, həmçinin əlavə edib ki, son illər BƏƏ-yə çoxsaylı səfərlər təşkil olunub, bu səfərlər zamanı ölkənin dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirilib, bu ilin fevralında isə tərəflər Dubay Ticarət və Sənaye Palatası ilə anlaşma memorandumu imzalayıblar.
Tədbirin sonunda Zati-aliləri Məhəmməd Murad Əl Baluşiyə və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyevə Caspian Energy Club-ın fəxri üzvü sertifikatı təqdim edildi. Tədbirin digər iştirakçılarına da əməkdaşlığa və müzakirələrdə iştiraklarına görə təşəkkürnamələr təqdim olundu.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət" dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin "B2G", "B2B" və "B2C" formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
"Biznes-networking" üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 19 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN"

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarə

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla


iqtisadi xeberler bank faizleri biznes ideyalari telefonla pul qazanmaq en son xeberler