Castin Biber səhhətindəki problemlərə görə dünya turunu ləğv edib
Castin Biber səhhətindəki problemlərə görə dünya turunu ləğv edib
Kanadalı müğənni Castin Biber fiziki və psixi sağlamlıq problemlərinə görə dünya turnesini ləğv etdiyini açıqlayıb.
İfaçı "Ədalət" adlı dünya turnesi çərçivəsində verdiyi konsertlərin səhhətinə ciddi təsir etdiyini, ona görə də turneni dayandırmaq məcburiyyətində qaldığını bildirib. "Konsertlərdən sonra özümü yorğun hiss etməyə başladım. Sonra anladım ki, sağlamlığımı hər şeydən üstün tutmalıyam. Ona görə də qastrol səfərlərinə yaxşı olanadək fasilə verirəm. Dincəlmək və özümü daha yaxşı hiss etmək üçün vaxta ehtiyacım var", - deyə müğənni bildirib.
Qeyd edək ki, dünya turunun 2023-cü ilin mart ayına qədər davam etməsi planlaşdırılırdı.
Qeyd edək ki, iyun ayında Biberə nadir bir xəstəlik - Ramsey-Hant sindromu diaqnozu qoyulub. Xəstəlik üzün sağ tərəfinin iflicinə səbəb olub. Sənətçi sağlamlığını bərpa etmək üçün karyerasına qısa fasilə verib. Avqust ayında üzün qismən iflicindən əziyyət çəkən ifaçı ilk dəfə səhnəyə çıxıb.
Mənbə: gazeta.ru

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən çox maaş verən şirkətləri