Cənub Qaz Dəhlizinin gəlirləri 5.19 mlrd. manatı ötüb

Cənub Qaz Dəhlizinin gəlirləri 5.19 mlrd. manatı ötübAzərbaycan hökuməti ilə Dövlət Neft Şirkətinin birgə payı olduğu "Cənub Qaz Dəhlizi" QSC-nin (CQD və ya SGC) gəlirləri 2023-cü ildə artıb.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, 2023-cü ildə  5 milyard 194 milyon manat və ya hesabat dövrünə olan məzənnə ilə 3 mlrd. 55 milyon ABŞ dolları həcmində gəlir əldə edib. 2022-ci ildə 4 milyard 494 milyon manat gəlir etdiyini nəzərə alsaq, gəlirlər 2023-cü ildə 16% artım nümayiş etdirmiş olur.
Azərbaycan qazının xaricə nəqlini həyata keçirən "Cənub Qaz Dəhlizi" Azərbaycan Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılmasına dair sərəncam imzalamışdır.
CQD Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.
Şirkətin satışlarının maya dəyəri 2023-cü ildə 999 milyon manat, ümumi və inzibati xərclər 625 mln. manat, paylaşma xərcləri 273 mln. manat, maliyyə xərcləri 954 mln. manat olarkən, digər gəlirlər – 116 mln. manat, faiz gəlirləri 198 mln. manat və asılı müəssisələrin nəticələrindəki paydan 121 mln. manat gəlir daxil olub. Beləliklə, 894 milyon manat mənfəət vergisi ödədikdən sonra, mənfəət 2 mlrd. 167 milyon manat (1 mlrd. 275 mln. dollar) təşkil edib. 2022-ci ildə 2 mlrd. 829 mln. manat mənfəət əldə etmişdi.
Qeyd edək ki, 2022-ci ildən etibarən şirkətin kapital balansında yığılmış zərərdən xilas olaraq, bölüşdürülməmiş mənfəətlə əvəzlənmişdi. 2023-cü ilin əvvəlində 962 mln. dollar bölüşdürülməmiş mənfəət vardı.

Xəbərlər     Tarix: 02 iyul 2024

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

ünyanın ən zəngin idmançıları

iqtisadi xeberler iqtisadiyyat xeberleri telefonla pul qazanmaq rubl mezenne bitkoin