Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılır
Azərbaycan təbii qazının Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Türkiyəyə tədarükü beş gün müddətinə dayandırılacaq.
Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinin yaydığı açıqlamada deyilir.
Məlumata görə, buna səbəb bu kəmərdə aparılan planlaşdırılmış texniki xidmət və təmir işlərinin aparılmasıdır.
Belə ki, Azərbaycan təbii qazının Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə tədarükü sentyabrın 25-29-u tarixlərində dayandırılacaq.
Bildirilir ki, boru kəmərinin kommersiya operatoru "Azerbaijan Gas Supply Company Limited" (AGSC) və Cənubi Qafqaz Boru Kəməri Şirkəti ilə razılığa əsasən, "Şahdəniz-Türkiyə" qaz kəmərində sentyabr ayından etibarən həyata keçirilməsi planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar Türkgözü giriş nöqtəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə təbii qazın verilməsi beş gün ərzində nəqli mümkün olmayacaq.
BOTAŞ-ın açıqlamasında deyilir ki, planlı texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansında hər hansı problemin olması gözlənilmir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından hasil edilən təbii qazın Gürcüstan ərazisindən keçməklə Türkiyəyə nəqli üçün inşa edilən Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istifadəyə verilib. Boru kəməri Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29.99 %), "LUKoil" (19.99 %), Cənub Qaz Dəhlizi (21.02 %), "LUKoil" (19.99 %), TPAO (19 %), NİKO (10 %) çıxış edirlər. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Swift nədir?
Biznes təlimlər və tədris üsulları
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı