"Ceyhan terminalında Azərbaycan neftinin tankerlərə yüklənməsi bərpa olunub"
"BP Azərbaycan"ın sözçüsü Tamam Bayatlı bildirib ki, Ceyhanın Aralıq dənizi terminalında Azərbaycan xam neftinin tankerlərə yüklənməsi bərpa olunub. Bu terminalda neftin yüklənməsi Türkiyədəki güclü zəlzələlərdən sonra dayandırılmışdı.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, Bayatlı elektron poçtla verdiyi açıqlamada yükləmənin bazar günü günortadan sonra bərpa olunduğunu bildirib.
Potensial zərərin qiymətləndirilməsi çərçivəsində, BP zəlzələlərin episentrindən kənarda yerləşən terminal vasitəsilə Azərbaycanın neft ixracı ilə bağlı fors-major vəziyyəti elan edib.
Böyük Britaniyanın neft nəhəngi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini idarə edir və bu kəmər vasitəsilə əsasən Azərbaycan xam nefti Ceyhana nəql edilir və oradan tankerlərə yüklənir. Kəmər həm də Qazaxıstan neftini nəql edir.
BTC-nin gündəlik nəql gücü 1,2 milyon bareldir, lakin Bloomberg-in tərtib etdiyi məlumatlara görə, Ceyhandan real ixrac ən azı 2008-ci ildən bəri ardıcıl olaraq gündəlik 1 milyon barelə çatmayıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?