Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışdı

Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışdıBu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı baş tutub.
Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd olunub ki, C.Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsində baş tutan ali və yüksək səviyyəli səfərlərin, xüsusilə İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə və cari ilin sentyabr ayında İtaliyaya, habelə sabiq xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayonun 2022-ci ildə ölkəmizə səfərlərinin mühüm rol oynadığını qeyd edib.
Ölkələrimiz arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin və siyasi dialoqun "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" çərçivəsində daha da genişlənməsinin vacibliyi vurğulanıb. Nazir təhsil sahəsində iki ölkə arasında əməkdaşlıqdan bəhs edərək, İtaliya xarici işlər nazirinin Bakıya səfəri zamanı təməli qoyulmuş İtaliya-Azərbaycan Universitetinin əhəmiyyət daşıdığını bildirib. Enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilməklə yanaşı, sonuncu dəfə Romada keçirilmiş Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının Bakıda təşkilinə hazırlıq ifadə olunub.
Nazir eyni zamanda, Vətən müharibəsindən sonra post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri, Ermənistanla normallaşma və sülh prosesi barədə məlumat verərək, İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. Eyni zamanda, İtaliyanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində ilk iştirak edən ölkələrdən olduğu qeyd edilib.
Nazir Antonio Tayani Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. İtaliyanın bölgəmizdə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib. Nazir energetika ilə yanaşı, təhsil və mədəniyyət sahəsində də geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb.
Tərəflər, Azərbaycan və İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu, bu xüsusda İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğunu məmnunluqla qeyd ediblər. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsində Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan "TAP" qaz boru kəmərinin əhəmiyyətini vurğulayıblar.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
C.Bayramov İtaliya xarici işlər nazirini ölkəmizə səfərə dəvət edib.

Xəbərlər     Tarix: 21 noyabr 2022

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq online pul qazanmaq birbank