Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşdü

Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşdüAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Vlaxovski ilə görüşüb.
Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
C.Bayramov və nazir Miroslav Vlaxovski arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüşdə tərəflər iki ölkə arasında siyasi, iqtisadi, energetika, turizm, təhsil, kənd təsərrüfatı, hüquq-müqavilə və mədəni-humanitar sahələrdə mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıb. Bu il diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu, bu çərçivədə bir sıra mədəni tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.
Geniştərkibli görüş zamanı aparılan hərtərəfli müzakirələr zamanı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edən tərəflər, diplomatik təmsilçiliklərin genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi də daxil olmaqla ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
C.Bayramov həmkarını post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqların cari statusu və Ermənistan tərəfinin müxtəlif bəhanə və təxribatlarla bu prosesi ləngitməsi, eləcə də mina təhdidləri barədə məlumat verilib. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri və bu prosesdə Slovakiya şirkətlərinin iştirakı qeyd olunub.
Bununla yanaşı, minaların təmizlənməsi sahəsində Slovakiyanın müvafiq mina təmizləyən avadanlıqların əldə edildiyi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.
Slovakiya naziri Azərbaycanla ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət verildiyini və bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. O, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda davamlı sülhün təmin olunması istiqamətində Avropa İttifaqı tərəfindən həyata keçirilən səylərə ölkəsinin dəstəyini diqqətə çatdırıb.
Geniş tərkibli görüşdən sonra, nazirlər Azərbaycan ilə Slovakiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi imzalayıblar.
Daha sonra keçirilmiş mətbuat brifinqində media nümayəndələrinin suallarını cavablandıran nazirlər keçirilən ikitərəfli görüş zamanı müzakirə olunan mövzular və əldə olunan nəticələr barədə məlumat veriblər, jurnalistlərin suallarını cavablandırıblar.
Hər iki nazir Azərbaycan-Slovakiya əlaqələrinin həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli formatlar çərçivəsində daha da inkişaf etdirilməsinə dair qətiyyət ifadə ediblər.

Xəbərlər     Tarix: 07 iyun 2023

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B


iqtisadi xeberler bitkoin qiymeti rubl mezenne leobank kart dollar kursu