Çin ilə Türkiyə arasında 250 milyon dollarlıq enerji sərmayəsi planı
Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar bildirib ki, Çinli Dongfang Electric Corporation şirkəti ilə 250 milyon dollarlıq sərmayə ilə Türkiyədə illik 2 min meqavat gücündə külək turbinləri istehsal zavodunu qurmaq planını qiymətləndirdiklərini açıqlayıb.
Biznes.az xəbər verir ki, bu barədə Bayraktar öz hesabında məlumat verib. Onun sözlərinə görə, külək enerjisi texnologiyaları sahəsində Çinin aparıcı istehsalçı şirkətlərindən biri olan Dongfang Electric Corporation-ın yüksək səviyyəli rəhbərləri ilə ətraflı görüş keçiriblər.
"Türkiyənin 2035-ci ilə qədər külək və günəş enerjisində 120 min meqavat quraşdırılmış güc hədəfi var",-deyə bildirən Bayraktar paylaşımında qeyd edib:
"Bu gücə çatarkən ölkəmizin turbin və panel istehsal potensialını da artırmaq istəyirik. Dongfang ilə keçirdiyimiz görüşdə bu niyyətimizi konkretləşdirəcək vacib bir layihəni müzakirə etdik. Çin şirkətinin ilkin mərhələdə təxminən 250 milyon dollarlıq sərmayə ilə ölkəmizdə illik 2 min meqavat gücündə külək turbinləri istehsal zavodunu qurma planını qiymətləndirdik."

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Yatırım olmadan necə biznes qurmaq olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes plan necə yazılır?