Çin milyarderlərin sayına görə reytinqdə liderliyi ələ alıb

Çin milyarderlərin sayına görə reytinqdə liderliyi ələ alıbDünyada milyarderlərin sayı rekord səviyyəyə çatıb.
İlon Mask tarixin ən varlı adamı oldu - Rekord
 biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dünyanın ən varlı insanlarının adlarının qeyd olunduğu "Hurun Global Rich List" reytinqinə görə, fond bazarının artımı və süni intellektin inkişafı milyarderlərin sayının rekord həddə çatmasına səbəb olub. Çində digər ölkələrlə müqayisədə daha çox milyarder yaşayır.
Hesabata görə, Çin milyarderlərin sayına görə ABŞ-ni geridə qoyub və dünyada liderliyini bərpa edib. "South China Morning Post" qəzetinin yazdığına görə, əvvəlki hesabatın dərc edilməsindən bəri Çində milyarderlərin sayı 287 nəfər artaraq son üç ildə yaranmış itkiləri tam kompensasiya edib.
Süni intellekt Çində iki yeni milyarderin meydana çıxmasına səbəb olub: "MiniMax" şirkətindən Yan Tsyuntsze 3,6 milyard dollar, "Knowledge Atlas Technology JSC" (daha çox Zhipu adı ilə tanınır) şirkətindən Lyu Debin isə 1,2 milyard dollar sərvətə malikdir.
792 milyard dollar sərvəti ilə İlon Mask, 300 milyard dollarla "Amazon" şirkətinin qurucusu Ceff Bezos və 281 milyard dollar sərvəti olan "Alphabet" şirkətinin həmtəsisçisi Larri Peyc siyahıda ilk üç yeri tutublar. Mask sərvəti 700 milyard dolları keçən ilk insan olub.
ABŞ 1000 milyarder ilə (ötən illə müqayisədə 130 nəfər çox) ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə 308 milyarderə malik Hindistan qərarlaşıb ki, bu da ötən illə müqayisədə 24 nəfər çoxdur. Almaniya 171 milyarder ilə Böyük Britaniyanı qabaqlayaraq dördüncü yerə yüksəlib.
Qlobal miqyasda 114 milyarder süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərlə bağlıdır. Onlardan 46-sı bu kateqoriyaya ilk dəfə daxil olub və nəticədə süni intellekt yeni milyarderlərin yaranmasının ən böyük mənbəyinə çevrilib.
Şəhərlərin reytinqində Nyu-York 146 milyarder ilə yenə də milyarderlərin dünya paytaxtı olaraq qalır. Şençjen milyarderlərin sayını 47 nəfər artıraraq 132-yə çatdırıb və ikinci yerə yüksəlib. Ondan sonra Şanxay, Pekin və London gəlir.
Milyarderlərin orta yaşı 65 təşkil edib. (Azərtac) / fed.az

Biznes     Tarix: 06 mart 2026

Oxşar xəbərlər

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu