Çin Wi-Fi və Bluetooth istifadəsini məhdudlaşdırır
Çinin Kibertəhlükəsizlik Təşkilatı vətəndaşların qısa mənzilli internet şəbəkələrindən istifadəsini məhdudlaşdıran qanun layihəsini dərc edib. Bunlara Wi-Fi, Bluetooth, Air Drop və cihazlar arasında oxşar simsiz rabitə və fayl ötürmə texnologiyaları daxildir.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Qanun layihəsi xidmət təminatçılarından bu cür şəbəkələr vasitəsilə dövriyyədə olan məlumatlara nəzarət etmək və qeyri-qanuni məzmunun yayılmasının qarşısını almaq üçün sistemlər tətbiq etməyi tələb edir. İstifadəçilər "qeyri-qanuni məlumatların dərci və ya göndərilməsi üçün xidmətdən istifadə etməməli, tələb olunmayan məlumatların istehsalının, surətinin çıxarılmasının və ya yayılmasının qarşısını almaq üçün tədbirlər görməli və ona qarşı mübarizə aparmalıdırlar".
Bundan əlavə, qanun layihəsi cihazların şəbəkələrə avtomatik qoşulmasına qadağanın tətbiqini, eləcə də hər bir qoşulma zamanı cihaz sahiblərinin şəxsi məlumatlarının şəbəkə operatorlarına məcburi şəkildə ötürülməsini nəzərdə tutur.
Bununla da Çin hakimiyyəti simsiz internet şəbəkələri üzərində tam nəzarət qurmaq istəyir.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Elon Musk kimdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Necə Bitcoin almaq olar?