"Çıraq" platformasında dərin qazla bağlı məlumat quyusu qazılacaq

Bu ilin sonu-gələn ilin əvvəlində "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun dərin laylarında yerləşən qazla bağlı əlavə məlumatın əldə olunması məqsədilə layihənin operatoru olan Britaniyanın BP şirkəti ilk məlumat quyusunun qazılmasına başlamağı planlaşdırır.
Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
O qeyd edib ki, hazırda AÇG-nin istismarda olan neft laylarının altında dərin laylarda qaz var və onunla bağlı məlumatlar, həcmlər qiymətləndirilməlidir. Bu, gələcəkdə yataqda dərin laylarda yerləşən "mavi yanacağ"ı necə və hansı konsepsiyaya uyğun olaraq istismar olunacağı ilə bağlı təsəvvürün yaranması üçün lazımdır.
"Bunun üçün bir quyunun qazılmasını planlaşdırırıq və bu quyu yataqda mövcud olan "Çıraq" platformasında qazılacaq", – Qəri Counz vurğulayıb.
Onun sözlərinə görə, quyunun qazılması nəticəsində əldə olunan məlumatlar qiymətləndirilib təhlil ediləcək, bunun nəticəsində əlavə quyuların qazılmasına ehtiyac olub-olmadığı müəyyən ediləcək: "Lazım gələrsə, başqa platformalarda da quyular qazılacaq. Qazaq görək ki, nəticə nədir? Onu təhlil edək, bilək ki, gələcək addımımız nədən ibarət olacaq?".
Qəri Counz onu da əlavə edib ki, quyunun qazılmasına bu il və ya gələn ilin əvvəli başlanılacaq. Hazırda bunun üçün hazırlıq işləri aparılır.
Xatırladaq ki, ilkin olaraq AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. Həmin vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30.37% (operator), AzACG (SOCAR) – 25.00%, MOL – 9.57%, "Inpex" – 9.31%, "Equinor" (keçmiş "Statoil") – 7.27%, "ExxonMobil" – 6.79%, TPAO – 5.73%, "Itochu" – 3.65% və "ONGC Videsh Ltd." (OVL) – 2.31%. / banker.az

Xəbərlər     Tarix: 16 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler biznes qurmaq avtomobil xeberleri depozit faizleri 1000 manatla biznes