COVID-19 və digər səbəblərdən keçirilməyən tədbirlərə 2,7 milyon manat səmərəsiz xərc çəkilib
Hesablama Palatası tərəfindən başa çatdırılmış uyğunluq auditlərinin əhatə etdiyi 16 qurum üzrə 36,7 milyon manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib.
Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Qeyd edilib ki, 36,7 milyon manatın 1,3 milyon manatı audit dövrünün əvvəlində alınsa da, tətbiq edilməyən proqram təminatına, 8,3 milyon manatı avans ödənişləri aparılmış müqavilələrin dayandırılmasına, 2,7 milyon manatı COVID-19 və digər səbəblərdən keçirilməyən tədbirlərə xərclər, 12,0 milyon manatı bağlanılmış müqavilədə qurum üçün əlverişsiz şərtlərin nəzərdə tutulmasına, 9,9 milyon manatı audit dövrünün əvvəlində alınsa da, istifadə edilməyən avadanlıq və ya mallara, 0,6 milyon manatı ehtiyac olmadan iş həcminin artırılmasına, 1,4 milyon manatı fəaliyyətsiz olan əsas vəsaitə çəkilən xərclərə, 0,5 milyon manatı isə digər səmərəsiz istifadə hallarına xərclənib. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları