Daha bir investisiya şirkətinin vəziyyəti - MƏLUM OLDU - HESABAT

Daha bir investisiya şirkətinin vəziyyəti - MƏLUM OLDU - HESABAT"CPM İnvest-İnvestisiya" şirkətin cari birinci yarım il üzrə maliyyə hesabatının nəticələrini elan edib.
Dövlət şirkətinin zərəri 110 milyona çatır, kapitalı azalır - HESABAT
FED.az xəbər verir ki, ilk altı ay ərzində şirkətin əsas investisiya xidmətləri üzrə gəlirləri 1 milyon 132,6 min manat olub. Bunun da 92,5 min manatı müştəri sifarişlərinin qəbulu, 1 milyon 40,1 min manatı öz hesabına əməliyyatlar üzrə olan gəlirlərdir.
Yardımçı investisiya xidmətləri üzrə heç bir gəlir olmayıb.
Cəmi xidmətlər üzrə gəlirlər 1 milyon 132,6 min manat olub. 
Bu dövrdə əmək haqqı və sosial xərclər 61 min manat, inzibati xərclər 66,5 min manat, reklam xərcləri 15 min manata yaxın olub.
Şirkət ilk yarım ili 104,8 min manat vergi ödənişindən sonra  419,4 min manat xalis mənfəətlə başa vurub.
"CPM İnvest-İnvestisiya" şirkətin cari birinci yarım il üzrə aktivləri 6 milyon 152 min manat olub. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 837,4 min manat və ya 31,6% azdır.
Şirkətin öhdəlikləri isə bu dövrdə 4 milyon 211,9 min manat təşkil edib. Öhdəliklər son bir ildə 2 milyon 819,8 min manat, başqa sözlə 40,1% aşağı düşüb.
Kapitalın həcmində 17,6 min manatlıq, yəni 0,9%-lik cüzi enmə müşahidə olunub və ilk yarım ildə 1 milyon 940,1 min manat təşkil edib.
Bölüşdürlməmiş mənfəətin həcmi də 600 min manat (15,8%) azalaraq 320,7 min manat təşkil edib.
Nizamnamə kapitalı dəyişməyərək 400 min manat olaraq qalıb.

İnvestisiya     Tarix: 14 sentyabr 2023

Oxşar xəbərlər

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler investisiya kicik biznes kripto avtomobil xeberleri