Daşkəsən şəhərində vətəndaşlarla növbəti görüş keçirilib
Dekabrın 28-də "AzerGold" QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair görüşü keçirilib.
Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, "AzerGold" QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və "AzerGold" QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, "Daşkəsən Dəmir Filiz" MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak edib.
Daşkəsən şəhəri, rayonun Quşçu, Çovdar və digər kəndlərinin qatıldığı görüş "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin dərin hüznlə yad edilməsi ilə başlayıb.
Hesabat xarakterli tədbirdə "AzerGold" QSC və "Daşkəsən Dəmir Filiz" MMC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində 2024-cü il ərzində icra edilən, 2025-ci ildə isə icrası planlaşdırılan sosial və ekoloji layihələr barədə məlumat verilib.
Qeyd olunub ki, 2024-cü il ərzində Cəmiyyət tərəfindən "Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək", "Qırmızı Kitabı"na düşmüş nadir və nəsli kəsilməkdə olan bitkilərin mühafizəsi və təbiətə reintroduksiyası, "Təmiz Daşkəsən", "Kitab köşkü", "Xəzinə" muzey ekspozisiyasının yaradılması və s. bu kimi bir sıra uğurlu layihələr həyata keçirilib. Regionda sosial rifahın gücləndirilməsi istiqamətində dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə 7 sosial aksiya təşkil edilib. Qarşıdan gələn 2025-ci ildə də sosial məsuliyyətlilik prinsipi əsasında təhsil, sağlamlıq, inklüziv inkişaf, infrastruktur layihələri, kənd təsərrüfatının inkişafı, ətraf mühit və digər istiqamətlər üzrə layihələrin icra ediləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib. Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.
Sonda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə görüş iştirakçılarına bayram sovqatları təqdim edilib. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin necə işləyir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 müğənnisi