Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu keçirilir

Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu keçirilirNoyabrın 15-də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu işə başlayıb.
FED.az xəbər verir ki, tədbirin moderatoru, "TRT World"un xəbər müxbiri xanım Maria Ramos Forumun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. O, tədbirdə dünyanın müxtəlif regionlarını təmsil edən ölkələrdən və beynəlxalq təşkilatlardan nümayəndələrin iştirak etdiklərini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişafa dair II Bakı Forumunun keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Baş nazirin müavini vurğulayıb ki, "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dəki Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası Azərbaycan hökumətinin gündəliyində yer alan prioritetlərdəndir.
Ölkəmiz BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna könüllü milli hesabatı indiyədək 3 dəfə təqdim edən azsaylı ölkələr sırasındadır. 2024-cü ildə 4-cü hesabatın təqdim olunması ilə bağlı işlər görülür. Diqqətə çatdırılıb ki, Azərbaycanın inkişaf proqramları DİM ilə uzlaşdırılır. Bu isə qlobal məqsədlərin icrasının maliyyələşdirilməsini asanlaşdırır.
Forumda ölkəmiz tərəfindən inklüziv təhsilin inkişafı, iqlim dəyişiklikləri ilə mübarizə, dayanıqlı və sosial inkişafın təmin edilməsi istiqamətində atılan addımlara nəzər salınıb. Əli Əhmədov DİM-in uğurla həyata keçirilməsi üçün qarşıdakı 7 ildə həyata keçiriləcək tədbirlərin icrasının sürətləndirilməsinin vacibliyini və bu sahədə regional əməkdaşlığın əhəmiyyətini qeyd edib.
İqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası sədrinin müavini Mikayıl Cabbarov bildirib ki, DİM-ə nail olunması istiqamətində səylərin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün bərpa olunan enerjiyə keçidin sürətləndirilməsi, rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi, ömür boyu təhsilə əsaslanan cəmiyyətin qurulması, insanların layiqli iş və sosial müdafiə təminatının artırılması, xüsusilə də "yaşıl" və rəqəmsal iqtisadiyyat sahələrində iş yerlərinin sayının artırılması və iqlim dəyişikliyi ilə mübarizə qlobal hədəflər üzrə əsas tövsiyələr sırasındadır.
Diqqətə çatdırılıb ki, azad edilmiş torpaqlarımızın minalanması həmin ərazilərin reabilitasiyasına mane olur, iqtisadi dirçəlişin əsasını təşkil edən çoxistiqamətli layihələrin həyata keçirilməsi prosesini ləngidir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb.
İqtisadiyyat naziri Forum çərçivəsində aparılacaq müzakirələrin və qurulan əməkdaşlıqların ölkəmizdə BMT-nin 2030 Gündəliyinin icrasına müsbət töhfə verəcəyini bildirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Muhammad Nasar Hayat forumun təşkilinə görə təşkilatçılara təşəkkür edib. Qeyd edilib ki, DİM-lərin maliyyələşməsi üçün dövlət investisiyaları yetərli deyil və bu məsələdə özəl sektor önə çıxmalıdır. Bu məqsədlə DİM investisiya xəritəsi hazırlanacaqdır. DİM sahəsində vətəndaş cəmiyyəti və özəl sektorun birgə çalışması önəm kəsb edir.
BMT nümayəndəsi DİM-ə nail olunması istiqamətində "yaşıl" transformasiya, sosial iqtisadi inklüzivliyin təmin olunması və digər məsələlər baxımından bu ilin oktyabr ayında Bakıda keçirilmiş yüksək səviyyəli dialoqun rolunu vurğulayıb. Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayan BMT nümayəndəsi Dayanıqlı İnkişafa dair II Bakı Forumunun 2030-cu ilədək DİM-ə nail olunmasına və regionun inkişafına mühüm töhfə verəcək müzakirələrin aparılması baxımından əhəmiyyətini qeyd edib.
Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə müşaviri Ruslan Edelgeriyev ölkəsinin BMT metodologiyası əsasında DİM-ə nail olunması, o cümlədən insan sağlamlığı, yoxsulluğun azaldılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Əsas diqqətin, həmçinin su problemləri və iqlim dəyişikliklərinə, ekosistem layihələrinin icrasına yönəldilməsinin vacibliyi bildirilib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Katibinin birinci müavini Merve Kavakcı bildirib ki, dayanıqlı inkişaf, ilk növbədə, bütün dövlətlərin siyasətində əsas istiqamətlərdən birini təşkil etməlidir. M.Kavakcı DİM-in hər kəs üçün rifahı və planetimizin təhlükəsizliyini təmin etməyə xidmət edən əsas hədəfləri özündə ehtiva etdiyini bildirib. Bu hədəflərə nail olunmasında cəmiyyətin bütün təbəqələri mühüm rol oynamalıdır. Bu baxımdan, dövlət və özəl sektorla yanaşı, maraqlı tərəflərin də işə geniş cəlb edilməsi önəmlidir. Xanım Kavakcı sülh və sabitliyə xidmət edən mehriban qonşuluq münasibətlərinin iqtisadi və sosial mühitə təsirini vurğulayıb, regional təşkilatların fəaliyyətinin bölgədəki çağırışlarla uzlaşmasının vacibliyini qeyd edib.
Belarus Respublikasının Milli Asambleyası Şurası sədrinin müavini Valeri Belski qeyd edib ki, hazırda cəmiyyətlərin qarşısında duran bütün problemlərin həllində DİM mühüm rol oynayır. Bu məqsədlərə necə nail olunması ilə bağlı müzakirələr daha geniş aparılmalı, bu yollar aydınlaşdırılmalıdır. Valeri Belski ölkəsində DİM-lə bağlı milli assosiasiyaların formalaşması, təhsil sektorunda DİM-ə marağın artırılması və vahid monitorinq sisteminin qurulması istiqamətində aparılan işlərdən bəhs edib.
Forumda Azərbaycanda DİM-ə nail olunması istiqamətində görülən işlərə və qazanılan nailiyyətlərə dair videoçarx nümayiş olunub.
Tədbir işini sessiyalarla davam etdirir.

İnvestisiya     Tarix: 15 noyabr 2023

Oxşar xəbərlər

Azərbaycanın Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği açıqlanıb

Azərbaycandan Gürcüstana investisiya qoyuluşunun ümumi məbləği 3,1 milyard ABŞ dollarını ötüb.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan iqtisadiyyatına yatırımlar azalıb, xaricə investiyalar artıb 

Ötən il Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 6 milyard 595 milyon 296 min dollar olub. . Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb. xəbər verir ki, bunu Statistika departamentini

Prezident investisiyaların dövlət tərəfindən alınmasını təsdiqləyib

Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları təsdiqlənib. Azərbaycanlıların internetlə alış-veriş etdiyi - ŞİRKƏTLƏRDƏN ƏDV TUTULACAQ - PREZİDENT TƏSDİQLƏDİ.  biznes və maliyyə xəbərləri portal

Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB

Azərbaycan şirkətləri və fiziki şəxsləri Gürcüstana son 3 ildə 449 milyon dollar birbaşa investisiya yatırıb. biznes və maliyyə xəbərləri portalı Gürcüstanın Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbə

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

Neft Fondu Perunun nəhəng enerji sirkətinə - "Inkia Energy"yə investisiya edib

Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektri

Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov 

"Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin çoxu mənfəətlərini ölkəyə, o cümlədən bərpa olunan enerjiyə yenidən yatırır". biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayı

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

​Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ötən il ticarət dövriyyəsinin ümumi həcmi 9 milyard ABŞ dollarını ötüb. . Azərbaycan TDT-nin Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon dollar ayırıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma


iqtisadi xeberler avtomobil xeberleri birbank en son xeberler valyuta kurslari