"DeGolyer and MacNaughton" Xəzərdə 27 yatağın yeni təsnifat üzrə hesablanması işlərinə başlayıb
Xəzər dənizinin Azərbaycan sektorunda 27 yatağın SPE-PRMS təsnifatı əsasında hesablanması istiqamətində işlərə başlanılıb.
Bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin "DeGolyer and MacNaughton" şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşündə bildirilib.
Bildirilir ki, strateji yataqların karbohidrogen ehtiyatlarının "DeGolyer and MacNaughton" şirkəti tərəfindən beynəlxalq standartlara uyğun olaraq hesablanması, həmçinin yataqların modelləşdirilməsi işləri üzrə 2017-ci ildən etibarən davam etdirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Görüşdə SOCAR-ın strateji hədəflərindən və qarşıya qoyulan vəzifələrdən bəhs edilib, səmərəliliyin daha da artırılmasının və optimallaşdırmanın təmin edilməsinin şirkətin uzunmüddətli Korporativ Strategiyasının əsas istiqamətlərindən olduğu bildirilib.
Həmçinin, hasilatın optimallaşdırılması istiqamətində atılan addımlar və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2017-ci ilin noyabrın 3-də SOCAR və "DeGolyer and MacNaughton" şirkəti arasında "Yataqların işlənmə prosesinin səmərəliyini və SOCAR-ın neft-qaz yataqlarında hasilatı artırmaq üçün təhlil və texniki dəstək" üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən "DeGolyer and MacNaughton" şirkəti SOCAR-ın mövcud və uzun müddət istismar olunan yataqlarında neft və qaz obyektlərinin səmərəli idarə olunması istiqamətində xidmətləri yerinə yetirəcək.
Dünyada neft və qaz sektorunda qabaqcıl sevris xidmətləri göstərən şirkət kimi tanınmış "DeGolyer and MacNaughton" 1936-ci ildə təsis edilib. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Startup nədir və necə olur?
Cash Back nədir?
Biznesə aid ən yaxşı 10 kitab
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Elon Musk kimdir?