Design Bureau beynəlxalq mükafata - LAYİQ GÖRÜLDÜ

Design Bureau beynəlxalq mükafata - LAYİQ GÖRÜLDÜKeçdiyimiz günlərdə dizayn və memarlıq sahəsində fəaliyyət göstərən Design Bureau şirkəti yaşayış kompleksi memarlığı kateqoriyası üzrə ən nüfuzlu mükafatlardan biri olan IRA 2022 mükafatına layiq görülüb.
FED.az xəbər verir ki, bu mükafat dünyanın bir çox ölkəsində memarlıq sahədə fəaliyyət göstərən peşəkar şirkətlərə verilir.   
İşğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası və abadlaşdırılması istiqamətində aparılan işlərə öz töhfəsini verən Design Bureau 2021-ci ildə təsis edilmişdir. Şirkət təcrübəli heyəti ilə Azərbaycanda memarlıq və dizayn studiyası olaraq fəaliyyət göstərir və tələbə əsasən Azərbaycanın müxtəlif bölgələrində şəhərsalma layihələrinin, yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin, təhsil ocaqlarının və müxtəlif biznes obyektlərinin interyer və eksteryer dizayn işlərini həyata keçirir.
Studiya fəaliyyət göstərdiyi müddətdə "Qazax müəllimlər seminariyası", "Ağdam City Hotel", "Ağdam Yaşayış Kompleksi" və "AFEZ HQ" kimi bir çox önəmli layihənin dizaynını icra etmişdir.
Beynəlxalq standartlara cavab verdiyinin sübutu olan mükafat, Design Bureau-ya peşəkar komanda tərəfindən icra olunan "Ağdam Yaşayış kompleksi" layihəsi üzrə verilmişdir. Sözügedən layihə Ağdam şəhərinin Baş planında önəmli yer alan "yaşıl şəhər" konsepsiyasına uyğun olaraq və dayanıqlı infrastruktur prinsiplərinə əsaslanaraq layihələndirilmişdir. 
Layihə, giriş səviyyəsində kommersiya obyektləri və yuxarı mərtəbələrdə yaşayış üçün nəzərdə tutulan altı fərdi tikinti blokundan ibarətdir. Blokların yerləşim və istiqaməti günəş hərəkət yönü nəzərə alınaraq, mənzillərə maksimum təbii işığın daxil olmasına uyğun olaraq layihələndirilib. Şəhərin dayanıqlı inkişafına dəstək olmaq və əsas hərəkət vasitəsi kimi piyada və velosipedlərin istifadəsini təşviq etmək məqsədilə layihənin konseptində velosiped yolları və həyat keyfiyyətini artıran geniş yaşıllıq ərazilərə üstünlük verilmişdir. Bundan əlavə, yeraltı dayanacaq bitki örtüyünə mane olmamaq üçün nəzərdə tutulmuşdur ki, bu da ağac və bitkilərin lazımi qulluq ilə təmin olunmasında imkan verir.
Fasadın material palitrasında, Ağdamda təkrar emal edilən təbii daş, izolyasiya üzəri stukko boya və ekoloji cəhətdən təmiz hesab edilən taxtadan istifadə edilmişdir.

Biznes     Tarix: 15 dekabr 2022

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler rubl mezenne dollar kursu dollarin kursu bu gun kripto