Dəyanət Sədullayev PAŞA Holding-də Aparat rəhbəri vəzifəsinə - TƏYİN EDİLDİ
15 iyun 2023-cü il tarixindən etibarən PAŞA Holding-in rəhbərliyinə Aparat rəhbəri vəzifəsinə Dəyanət Sədullayev qoşulub. O, eyni zamanda İcraedici Komitənin üzvüdür.
Sığorta şirkətinin sabiq rəhbəri dövlət şirkətinin rəhbəri - TƏYİN EDİLDİ - FOTO
FED.az xəbər verir ki, Dəyanət Sədullayev, 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya üzrə bakalavr, 2005-ci ildə eyni Universitetdə İnzibati İdarəetmə üzrə magistr dərəcəsi almışdır. 2003-cü ildə mühasib olaraq peşəkar fəaliyyətə başlayan Dəyanət müəllim, neft və qaz, tikinti, istehsalat sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə təcrübə qazanmışdır. 2006-11-ci illərdə Ernst&Young, 2011-15-ci illərdə isə Kanadada maliyyə istiqaməti üzrə müxtəlif rəhbər vəzifələri icra etmişdir.
Qeyd edək ki, Dəyanət bəy 2015-ci ildə PMD Group şirkətinin Baş Maliyyə İnzibatçısı təyin edilib. Daha sonra o, eyni şirkətdə Baş İcraçı Direktorun müavini, 2021-ci ilin mart ayından etibarən isə İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bununla yanaşı, Dəyanət müəllim PMD Projects, FMG, GLC, Design Bureau şirkətlərinin Ümumi Yığıncaqlarının sədri, ALC, Competo və PASHA Technology şirkətlərinin Müşahidə Şurasının üzvü olaraq fəaliyyət göstərir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?