Diana Əhədpurla eks-deputat arasında dava - VİDEO
Bodrumda yerləşən "Mandarin Oriental" hoteldə CHP-dən olan eks-deputat Aydın Ayaydın və azərbaycanlı model, iranəsilli biznesmen Manuçehr Əhədpurun həyat yoldaşı Diana Əhədpur arasında dava olub.
KONKRET.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Nəşrin müxbirinin sözlərinə görə, insidentə səbəb Əhədpurun 6 yaşlı oğlunun dənizə girib su sıçratmağa başlaması olub. Bu, Ayaydını özündən çıxarıb və o, uşağın üstünə qışqırıb. Oğlan ağlaya-ağlaya anasının yanına qaçıb.
Əhədpur dərhal kişiyə yaxınlaşıb və etirazını bildirib: "Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?"
Bunu eşidən Ayaydın modelə hücum çəkib və onu təhqir etməyə başlayıb: "Rədd olun gedin buradan. Gedin öz ölkənizə eş…lər".
Ayaydın insidentin videoya çəkildiyini və sosial şəbəkələrdə yayıldığını öyrəndikdən sonra Əhədpur və onun ailəsindən üzr istəyib.
Qeyd edək ki, azərbaycanlı model Diana Əhədpur 1986-cı ildə Tbilisidə anadan olub. O, Bakıda təhsil alıb və "Diana Ahadpour" brendinin yaradıcısıdır. Həmçinin Azərbaycan, BƏƏ və bir sıra digər ölkələrdə model biznesinə sahibdir. Modelin həyat yoldaşı hazırda Dubayda yaşayır.//Qafqazinfo



Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB