Doktoranturaya qəbul qaydasında dəyişiklik edildi

Doktoranturaya qəbul qaydasında dəyişiklik edildiDoktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydalarında dəyişiklik edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada həyata keçiriləcək.
İndiyə qədər Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil müəssisələrində – adyunktura) yolu ilə həyata keçirilirdi.
Qərara əsasən, adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı aşağıdakı kimi olacaq:
– Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı üzrə ali hərbi təhsil müəssisələrinin illik qəbul planları onların tabe olduqları müvafiq dövlət orqanlarının sifarişləri əsasında bu Qaydaların tələblərinə uyğun olaraq təsdiq edilir.
– Bu Qaydaların doktoranturaya qəbula, habelə doktoranturada təhsilin formaları və müddətlərinə aid tələbləri adyunkturaya da şamil edilir.
– Adyunkturaya ali təhsil müəssisələrinin magistratura səviyyəsini bitirən və ali hərbi təhsil müəssisələrinin nizamnamələrində nəzərdə tutulan hərbi qulluqçular, bu təhsil müəssisələrində çalışan professor-müəllim heyətindən olan şəxslər, habelə milli təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında (qurumlarında) çalışan mülki şəxslər bu Qaydaların tələbləri nəzərə alınmaqla qəbul olunurlar. Milli təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında (qurumlarında) çalışan mülki şəxslər adyunkturaya qəbul üzrə müsabiqəyə çalışdıqları dövlət orqanlarının (qurumlarının) göndərişləri əsasında buraxılırlar.
– Adyunkturaya qəbul "Milli təhlükəsizlik və hərbi elmlər" elm sahəsinə aid olan ixtisaslar üzrə aparılır.
– Adyunkturada təhsil alan zabitlərin və mülki şəxslərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
– "Fəlsəfə doktoru" və "Elmlər doktoru" elmi dərəcələri üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığına da şamil edilir.
– Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı prosesində təhsil alan şəxslərin əyani təhsildən qiyabi təhsilə və ya əksinə keçirilməsi bu Qaydalara uyğun olaraq onları göndərən dövlət orqanının razılığı əsasında aparıla bilər".

Xəbərlər     Tarix: 12 yanvar 2023

Oxşar xəbərlər

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas


iqtisadi xeberler bitkoin almaq internetden pul qazanmaq bitcoin bitcoin qiymeti