Dollar, ABŞ-da makroiqtisadi məlumatla açıqlanmadan öncə bahalaşır
Cümə günü səhər saatlarında ABŞ dollarının avro və yen kimi digər əsas dünya valyutalarına nisbətdə qiyməti bir qədər yüksəlib. Bazarlar isə ABŞ-da bir sıra makroiqtisadi məlumatların açıqlanmasını gözləyir.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 8.44-ə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanışdan 1.0736$-dan 1.0723$-a kimi düşüb, dolların yen qarşısında məzənnəsi 131.56 yendən 131.72 yenə yüksəlib. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarə səbətə nisbətdə məzənnəsi) 0,14% artaraq 103,37 bənd təşkil edir.
Həftənin əvvəlindən dollar avroya nisbətdə 0,7%, yenə qarşı 0,4%, dollar indeksi isə 0,5% artım göstərib. Bu həftə, dolların ardıcıl möhkəmlənməsinin ikinci həftəsi ola bilər.
Cümə günü ABŞ-ın makro statistikası dərc olunacaq. Ev təsərrüfatlarının ABŞ iqtisadiyyatına inam dərəcəsini əks etdirən Miçiqan İstehlakçı İnamı İndeksinin yanvar ayında 64,9 bənddən sonra, ilkin hesablamalara görə, 65 bənd olacağı gözlənilir.
Eyni zamanda, ekspertlər ABŞ büdcə kəsirinin dekabrdakı 85 milyard dollardan sonra yanvarda 63 milyard dollara qədər azalacağını gözləyirlər.
Həmçinin bazarlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) pul siyasətinin perspektivlərini qiymətləndirməyə davam edir. CME Group-un məlumatına görə, analitiklərin 90,8%-i, FED-in mart ayında uçot dərəcəsini növbəti dəfə 0,25 faiz bəndi artıraraq illik 4,75-5%-ə çatdıracağını gözləyir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?