Dollar bütün major valyutalar qarşısında bahalaşıb - GÜNƏ BAXIŞ
Bugün "Jackson Hole" Simpoziumunda FED sədri Jerom Pavelin çıxışı öncəsi dollar bütün major valyutalar qarşısında kəskin bahalaşıb. Nəticədə dollar indeksi də (DXY) artım tendensiyasını davam etdirərək 104.34 bənd səviyyələrinə yüksəlib. "Buğalar" DXY-ı 103.50 bənd həddinin üzərində qoruyub saxlaya bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
Major valyuta cütlüklərinə nəzər salsaq, EURUSD 1.0780, GBPUSD 1.2560, AUDUSD 0.6400, NZDUSD 0.5900 hədlərinə kimi kəskin ucuzlaşmış, USDJPY 146.10, USDCHF 0.8860, USDCAD isə 1.3600 səviyyələrinə kimi sürətlə bahalaşmışdır.
Bugün bütün birjaların diqqətləri "Jackson Hole" Simpoziumunda FED sədri Jerom Pavelin və AMB sədri Kristin Laqardın çıxışlarına yönəlib.
Bank sədrlərinin çıxışları zamanı monetar siyasətin gələcəyi və dünyadakı ümumi iqtisadi mühitin vəziyyətinə dair verəcəyi mesajlar birjalarda ciddi dalğalanmalara səbəb ola bilər.
FED rəsmilərinin açıqlamalarına gəldikdə, Filadelfiya FED sədri Patrik Harker pul-kredit siyasəti istiqamətində yəqin ki, kifayət qədər addımlar atdıqlarını, ABŞ-ın bu il faiz dərəcələrini eyni səviyyədə saxlayacağını düşündüyünü, gələn il isə inflyasiya aşağı düşərsə, faizləri endirə biləcəklərini bildirib.
Harker qeyd edib ki, inflyasiya daha sürətli düşərsə, faiz dərəcələri daha tez aşağı salına bilər.
Boston FED sədri Syuzan Kolins isə FED-in daha çox işi olduğunu, səbirli və qətiyyətli olması lazım olduğunu vurğulayaraq, əlavə faiz artımının mümkün olduğunu bildirib.
Cümə axşamı 1921$-a kimi balaşan qızılın bir unsiya üzrə dəyəri burada müqavimətlə qarşılaşaraq 1913$-a kimi gerilədi. Hazırda 1914$-dan təklif olunan qiymətli metalın qiyməti 1915$-ın üzərində möhkəmlənə bilsə, artım tendensiyası davam edə bilər.
Məlumat İnvestAZ İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?