Dollar, əsas neft ölkələrinin sürpriz qərarından sonra bahalaşır
OPEC+un üzvü olan əsas neft ölkələrinin hasilatlarını könüllü olaraq azaldacaqları barədə sürpriz qərarlarından sonra, ABŞ Dolları yenidən bahalaşır. qərar nefti bahalaşdırdığı üçün inflyasiya narahatlıqları yenidən artıb və bu ABŞ Mərkəzi Bankının (FED) növbəti iclasında faiz dərəcələrini daha da artırmasına səbəb ola bilər.
Marja xəbər verir ki. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və onun müttəfiqlərinin açıqlaması cümə günü ABŞ-da istehlak qiymətləri indeksinin (inflyasiya göstəricisi) fevral ayında bəzi soyuma əlamətlərini göstərməsindən sonra bəyan edilib.
Dollar Avro, Yapon yeni, Sterlinq daxil əsas valyutalar qarşısında dəyər qazanıb.
Dollar İndeksi 0,5% artaraq 103 bəndə çatıb (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat).
OPEC+un ixtisarları bazar ertəsi neftin qiymətinin 6% artmasına səbəb olub. Neftin qiyməti bu gecə 86,20 dolları görüb.
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmağa qərar veriblər.Bu ölkələrin neft hasilatını könüllü olaraq azaltmasının ümumi həcmi təqribən 1,5 milyon barel/gün ola bilər. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları