Dollar qlobal birjalarda ucuzlaşıb - GÜNƏ BAXIŞ

Dollar qlobal birjalarda ucuzlaşıb - GÜNƏ BAXIŞDünən ABŞ-da açıqlanan inflyasiya məlumatları gözləntilərin altında açıqlandı. Mart ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPİ) aylıq 0.1%, illik isə 5% artaraq bazar gözləntilərinin altında qaldı.
Enerji və ərzaq qiymətlərini əhatə etməyən baza inflyasiya isə mart ayında proqnozlaşdırıldığı kimi aylıq 0.4%, illik isə 5.6% artıb. Manşet inflyasiyada azlama olsa da, baza inflyasiyanın artması qalıcı inflyasiya qorxularını bir qədər də artırdı. 
Buna baxmayaraq "FOMC"-u son iclasının protokollarının resessiya bağlı narahatlıqlarını artırması ilə FED-in 2-3 may tarixlərində keçiriləcək toplantısında faiz artımı ehtimalları olduqca zəiflədi. Nəticədə dollar valyuta birjalarında yenidən ucuzlaşdı.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son iclasının protokollarında FED rəsmilərinin hələ mart ayı toplantısında faiz dərəcəsinin sabit saxlanılmasını qiymətləndirdiyi, lakin yekun qərarın 25 bənd artım olduğu ortaya çıxdı.
Protokollarda, FED rəsmilərinin bank sektorunda baş verən son hadisələrin potensial təsirlərini nəzərə alaraq, ilin sonunda mülayim bir resessiya proqnozlaşdırdıqları diqqət çəkdi.
FED rəsmilərinin açıqlamalarında inflyasiyanın yavaşladığı, lakin hələ də FED-in 2 faizlik hədəfinə uyğunlaşmadığı, inflyasiyanın hədəflərə qayıtması üçün əlavə bir neçə ay lazım olduğu, tələbin "soyumasına" baxmayaraq, inflyasiyanın "qırıldığına" dair hələ heç bir dəlil görülmədiyi vurğulanır.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 13 aprel 2023

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq