Dollar Trampın irəlidə olması xəbəri ilə bahalaşdı

Dollar Trampın irəlidə olması xəbəri ilə bahalaşdıABŞ-da keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Donald Tramp öndədir. Trampın qələbə qazanması ehtimalı yüksəkdir.
Marja.az xəbər verir ki, Trampın öndə olması xəbəri ABŞ dollarının bahalaşmasına səbəb olur.
Donald Trampın Prezident seçilməsi ehtimalının yüksək olması səbəbindən dolların möhkəmlənməsi Meksika pesosu, avro və Yapon yeninə ciddi zərbə vurub.
Bakı vaxtı ilə saat 09:44-ə olan məlumata görə, Avro 1,6% ucuzlaşaraq 1,0755 dollara düşüb.
Dolların möhkəmlənməsi ilə Yapon yeninin itkiləri 1 faizi keçib.
Meksika pesosu da 2 faiz ucuzlaşıb.
İndoneziya Mərkəzi Bankı rupinin məzənnəsində volatilliyi azaltmaq üçün lazım gələrsə, müdaxilə etməyə hazır olduqlarını bildirib.
Neft Dolların bahalaşması ilə əlaqədar olaraq ucuzlaşıb. Brent neftinin qiyməti 1,4% geriləyərək 74,51 dollara geriləyib.
Qızılın qiyməti 0,1%-dən çox düşərək 2740 dollara geriləyib. 
Donald Trampın iqtisadi siyasətlərinin ABŞ iqtisadiyyatını gücləndirəcəyi nəzərdə tutulur. Tramp Çin və Avropa daxil bir sıra ölkələrdən idxal edilən məhsullara əlavə gömrük rüsumlarının tətbiq edilməsinin tərəfdarıdır. 
Dollar bütün digər əsas valyutalara qarşı bahalaşıb. Bazarlar, Trampın ikinci administrasiyasının aşağı vergilər və daha yüksək tariflər vasitəsilə inflyasiyanı artıracağını və bunun da FED-in faiz endirimlərini yavaşlatacağını proqnozlaşdırır.
Donald Tramp Rusiya Prezidenti Valdimir Putinə bir telefon zəngi ilə Ukraynadakı müharibəni dayandıracağını bildirmişdir. 

Maliyyə     Tarix: 06 noyabr 2024

Oxşar xəbərlər

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler telefonla pul qazanmaq depozit faizleri kicik biznes leobank kart