Dollar/Türk Lirəsi faiz qərarından sonra çökdü
Xəbər yenilənir...
Xəbər verdiyimiz kimi, bu gün sürpriz şəkildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 7,50 faiz bəndi artıraraq 25 faizə qaldırıb. Bankın uçot dərəcəsini 20 faizə qədər artıracağı proqnozlaşdırılırdı. TCMB-nin yeni administrasiya iyun ayında işə başlayanda uçot dərəcəsi 8,50 faiz səviyyəsində idi.
Marja.az xəbər verir ki, TCMB-nin faiz qərarı açıqlanmamışdan əvvəl Dollar/Türk Lirəsi məzənnəsi 27,2493 lirə səviyyəsini görmüşdü. Qərardan sonra məzənnə 26 lirə səviyyəsindən də aşağı düşüb və 25,2528 lirə olub (saat 16:53-ə olan məlumat). Türk Lirəsi Dollar qarşısında 6,6 faiz bahalaşıb.
Qeyd edək ki, adətən Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılması kreditlərin bahalaşması, ümumi tələbin azalması və işsizlin artmasına səbəb olur. Nəticədə inflyasiya aşağı düşür və Mərkəzi Bank öz hədəfinə çata bilir.
Həmçinin oxu
Türkiyə Mərkəzi Bankı faizini kəskin artırdı - SÜRPRİZ QƏRAR

Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c