Dollar/Türk Lirəsində dəyişkənlik 16 ayın ən yüksək səviyyəsindədir

Dollar/Türk Lirəsində dəyişkənlik 16 ayın ən yüksək səviyyəsindədirTürkiyə seçkilərə yaxınlaşdıqca valyuta bazarındakı hərəkət diqqəti çəkir. Siyasi səhnədəki proseslərlə əlaqədar olaraq USD/TRY (ABŞ dolları/Türk Lirəsi) məzənnəsinin volatilliyi (dəyişkənliyi) artıb. Ölkədə 14 Mayda seçkilər keçiriləcək. 
Marja xəbər verir ki, cümə axşamı günü 12,67% oynaqlıq ilə bağlanan Dollar/TRY məzənnəsində dəyişkənlik bu səhər 88,3% ilə 16 ayın ən yüksək səviyyəsinə çatıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Siyasi səhnədəki proseslərin təsiri ilə digər aktivlərdə də dəyişkənlik müşahidə olunur. Türkiyənin risk mükafatı (CDS -Credit default swap) 2022-ci ilin dekabrından bəri ilk dəfə 500 baza bəndinin altına düşmüşdü. "Məmləkət" Partiyasının namizədi Məhərrəm İncənin prezidentliyə namizədliyindən geri çəkilməsindən sonra risk mükafatı 487 bəndə qədər yüksəlib. CDS-in yüksəlməsi ölkə üçün borclanma faizinin artması deməkdir.
Xarici bankların seçkidən sonrakı bazar ssenariləri də geniş vüsət alıb.
Bank of America (BofA) iqtisadçıları, müxalifətin seçkilərdə qalib gələcəyi təqdirdə Mərkəzi Bankın faizini 50 faizə yüksəldəcəyini, belə bir bir mühitdə 10 illik istiqrazların gəlirliliyinin 30 faizə çatacağını proqnozlaşdırıblar.
Bank USD/TRY  üzrə ədalətli qiymətin də 24 türk lirəsi olacağını təxmin edib. BofA, müxalifətin qalib gələcəyi təqdirdə Dolların məzənnəsinin 25 lirə səviyyəsinə yüksələ biləcəyin qeyd edib.
Qeyd edək ki, hazırda Dollar/Türk Lirəsi məzənnəsi 19,58 səviyyəsindədir. 
Mərkəzi Banakın məzənnəsi ilə sərbəst bazar olan Kapalıçarışıdakı məzənnə arasındakı fərq rekord qırıb - ilk dəfə bu fərq 1 lirəni aşaraq 1,2 lirəyə çatıb.
Hazırda 1 dolların rəsmi məzənnəsi 19,58 lirə olduöğu halda, İstanbulda Kapalıçarışıda dollar 20,78 lirəyə satılır.
Əhali seçkidən sonranın dəqiq necə olacağını bilmədiyi üçün dollar və qızıl alırlar. İnsanlar vəsaitlərini Türk Lirəsində saxlamaq istəmirlər.
Dollar/Türk Lirəsində dəyişkənlik 16 ayın ən yüksək səviyyəsindədir/ marja.az

Maliyyə     Tarix: 12 may 2023

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri emlak xeberleri rubl mezenne