Dollar üzərində təzyiqlər bir qədər də artıb - GÜNƏ BAXIŞ
"OPEC"-in neft hasilatının əlavə olaraq 1.6 milyon barel azaldılması ilə bağlı qərarından sonra neft qiymətlərinin kəskin bahalaşması onsuz da yüksək inflyasiya səviyyəsindən narahat olan mərkəzi bankların narahatçılığını daha da artıra bilər. Bu amil mərkəzi bankları faiz dərəcələrini daha uzun müddət və daha yüksək səviyyələrdə saxlamağa məcbur etməklə iqtisadi artımı azalda, resessiya ehtimallarını gücləndirə bilər.
FED rəsmilərinin və ABŞ maliyyə naziri Janet Yellenin neft qiymətlərindəki bu bahalaşmanın ən çox da FED-in inflyasiya ilə mübarizəsində ciddi çətinliklər yarada biləcəyi yönündəki açıqlamaları, həmçinin ABŞ-da Tədarük İdarəetmə İnstitutu (ISM) İstehsalatda Biznes Aktivliyi İndeksinin mart ayında 46.3 bənd ilə bazar gözləntilərinin altında açıqlanması dollar üzərində təzyiqlərin bir qədər də artmasına səbəb oldu.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıla tələb yenidən artıb. Təhlillərə əsasən hazırda 1980$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 1986$ səviyyəsinin üzərinə yüksəlsə, artım tendensiyasının 2010$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları