Dollara təsir edə biləcək məlumatlar açıqlanacaq - NEFT BAHALAŞIB

Dollara təsir edə biləcək məlumatlar açıqlanacaq - NEFT BAHALAŞIBQlobal bazarlar dollara təsir edə biləcək ABŞ-n ümumi daxili məhsulu (ÜDM) ilə bağlı statistik məlumatların dərcini gözləyir. DailyFX portalının sorğusunda iştirak edən analitiklərin fikrincə, 2023-cü ilin ikinci rübündə ABŞ-ın ÜDM-i ikinci hesablamaya görə, illik müqayisədə 2,4% artıb.
Marja.az xəbər verir ki, məlumat bu gün Bakı vaxtı ilə saat 16.30-da ABŞ Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun press-relizində dərc olunacaq. Proqnoz agentliyin ilk qiymətləndirməsi ilə üst-üstə düşür.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bakı  vaxtı ilə saat 16.00-da Almaniya Federal Statistika İdarəsi Destatis ölkədə inflyasiya səviyyəsini açıqlayacaq. Analitiklər proqnozlaşdırırlar ki, ilkin hesablamalara görə, Almaniyada illik inflyasiya avqustda bir ay əvvəlki 6,2%-dən 6%-ə enib.
Bakı vaxtı ilə saat 165.15-də Automatic Data Processing (ADP) analitik şirkəti avqustda ABŞ-ın özəl şirkətlərində iş yerlərinin sayında baş verən dəyişikliklərlə bağlı məlumatları dərc edəcək. İyulda 324 min artımdan sonra göstəricinin 195 min artacağı gözlənilir.
Bakı vaxtı ilə saat 18.30-da ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası avqustun 25-dək olan həftə ərzində ölkədəki kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) haqqında məlumatları dərc edəcək. Analitiklər ehtiyatların 3,3 milyon barrel azalaraq 430,6 milyon barel olacağını proqnozlaşdırırlar.
QIZIL CÜZİ UCUZLAŞIB
Qızılın qiyməti ABŞ ÜDM-i ilə bağlı məlumatların dərci ərəfəsində, ticarət məlumatlarına görə cüzi düşüb. Bakı vaxtı ilə saat 9:50-yə olan məlumata görə, Nyu-York Comex birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 0,95 dollar və ya 0,07% azalaraq 1 troya unsiyası üçün 1935,15 dollar təşkil edib. Sentyabr gümüş fyuçersləri 0,5% ucuzlaşaraq bir unsiya üçün 24,663 dollar olub.
Eyni zamanda, dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,12% artaraq 103,66 bənd təşkil edir. Beləliklə, bahalaşan dollar qızılı başqa valyutada almaq üçün əlçatan edir.
NEFT BAHALAŞIB
Dünya neft qiymətləri, Amerika Neft İnstitutunun (API) ABŞ-da kommersiya ehtiyatlarının əhəmiyyətli həftəlik azalması ilə bağlı məlumatların açıqlanacağı proqnozu ilə əlaqədar olaraq yüksəlir. Bakı vaxtı ilə saat 9:50-yə olan məlumata görə, Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,40% artaraq 85,81 dollar/barelə, WTI markalı neftin oktyabr fyuçersləri 0,44% artaraq 81,5 dollara çatıb.
Neft bazarı cümə axşamı Çin iqtisadiyyatı ilə bağlı məlumatların açıqlanmasını gözləyir. Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi ölkənin sənaye sektorunda işgüzar aktivlik indeksini (PMI) açıqlayacaq. Avqustda göstəricinin bir ay əvvəlki 49,3 bənddən 49,4 bəndədək yüksələcəyi gözlənilir.

Maliyyə     Tarix: 30 avqust 2023

Oxşar xəbərlər

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler bitcoin qiymeti bitkoin telefonla pul qazanmaq dollarin kursu bu gun