Dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər - GÜNƏ BAXIŞ
Dollar indeksi (DXY) ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) son toplantısının protokollarının dərcindən sonra günü psixoloji müqavimət həddi hesab edilən 103.50 bənd səviyyəsində tamamladı.
FED-in dərc etdiyi protokollar inflyasiya risklərinə qarşı yüksək həssaslığın davam etdiyini ortaya çıxardığı üçün, birjalarda risk iştahının yenidən azaldığı müşahidə olunur. Nəticədə dollara olan tələb daha da artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Federal Açıq Bazar Komitəsinin (FOMC) iyulun 25-26-da keçirilən iclasının protokollarında FED rəsmilərinin monetar siyasətin gələcəyinə dair qərarlarına təsir göstərə biləcək müxtəlif risklərin idarə edilməsi məsələlərini müzakirə etdiyinə diqqət çəkilib.
"İnflyasiya hələ də Federal Açıq Bazar Komitəsinin (FOMC) uzunmüddətli hədəfindən xeyli yuxarı olduğundan və əmək bazarı sıx olaraq qaldığından, iştirakçıların əksəriyyəti pul-kredit siyasətinin daha da sərtləşdirilməsini tələb edə biləcək inflyasiya üçün əhəmiyyətli yüksəliş risklərini görməyə davam edirlər", - protokolda deyilir.
FED-in monetar siyasətdə "şahin mövqeyini" davam etdirəcəyi və bu ilin sonuna qədər növbəti faiz artımı ehtimallarının güclənməsi fonunda DXY çərşənbə günü psixoloji müqavimət həddi hesab edilən 103.50 bənd həddinə kimi yüksələrək günü məhv bu səviyyədə tamamladı. Əgər "Buğalar" qiyməti bu səviyyənin üzərində saxlaya bilsələr, dollarda artım tendensiyası daha kəskin xarakter ala bilər.
Dolların bahalaşması fonunda ucuzlaşmaq davam edən qızılın bir unsiyası hazırda dünya birjalarında 1893$-dan təklif edilir. Əgər qiymətli metalın bir unsiya üzrə dəyəri 1890$-ın altına düşərsə, eniş tendensiyası 1880$ və 1867$-a kimi davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?