Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydası təsdiqləndi

Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydası təsdiqləndiNazirlər Kabineti "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası"nı təsdiq edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda qeyd olunub ki, Səhiyyə Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələbləri iki ay müddətində təsdiq etməli və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Eyni zamanda, nazirlik bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Qərar Azərbaycan ərazisində insan orqan və toxumalarının götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydasını müəyyən edir.
Qaydaya əsasən, canlı donordan donor orqanların götürülməsi cərrahi əməliyyat yolu ilə həyata keçirilir. Canlı və meyit donordan donor orqanların götürülməsi yalnız həkim- transplantoloqlann reyestrinə daxil edilmiş həkim-mütəxəssislər tərəfindən aparılır.
Götürülmüş donor orqanlar əməliyyat otağında steril şəraitdə olan bu məqsəd üçün ayrılmış xüsusi masanın üzərinə qoyulur, damarları kateterizasiya edilir və xüsusi konservləşdirici məhlulla yuyulur. Bu proses orqanın damarlarına vurulmuş məhlulun həmin damarlardan makroskopik təmiz və şəffaf şəkildə çıxmasına qədər davam etdirilir.
Donor orqanların transplantasiyası həkim-transplantoloqların reyestrinə daxil edilmiş mütəxəssis tərəfindən aparılır.
Transplantasiya məqsədilə canlı donordan götürülmüş donor orqanlar dərhal, saxlanılmadan və daşınmadan resipiyentə köçürülür. Sümük iliyini və kök hüceyrələrini dərhal transplantasiya etmək mümkün olmadıqda onların transplantasiya üçün hazırlanması, saxlanması və daşınması ilə bağlı tədbirlər görülür.
Donor orqanların hər biri üzrə onların xüsusiyyətləri nəzərə alınmaqla transplantasiya üçün götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələblər Nazirlik tərəfindən müəyyən edilir.
Donor orqanları götürülməsindən, hazırlanmasından, saxlanmasından və daşınmasından sonra transplantasiya üçün yararsız hesab edilərsə utilizasiya olunmaq üçün Nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilir.

Xəbərlər     Tarix: 06 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler emlak xeberleri online pul qazanmaq dollar mezenne bitkoin almaq