Dövlət Agentliyi idxal inək və qoyunları bu şirkətdən aldı - 4,1 MİLYON MANATLIQ SİFARİŞ
Dövlət Məşğulluq Agentliyi "İdxal inək, idxal qoyun, idxal qoç və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, tenderin qalibi "Agro Best" QSC-dir.
Agentlik qalib şirkət ilə məbləği 4 milyon 140 min 900 manat olan müqavilə imzalayıb.
2020-ci ildə dövlət qeydiyyatına alınmış və 2010 manat nizamnamə kapitalı olan "Agro Best" QSC şirkətinin qanuni təmsilçisi Ələkbərov Nahid Kamil oğludur.
"Agro Best" QSC və "Az Nest" QSC konsorsiumu 2022-ci ilin Aprel ayında Dövlət Məşğulluq Agentliyinin tenderində qalib olmuş və məbləği 65 milyon 987 min 525 manat olan müqavilə imzalamışdı. Müqavilə "İdxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınmasını" nəzərdə tuturdu. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt