"Dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat proqnozlaşdırılır"
Azərbaycanın xarici borcu ümumi borc portfelinin 32,8 %-nə bərabərdir.
Biznes.az xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib. Onun sözlərinə görə, bu göstərici dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığını azaldır:
"Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,5 milyard manat proqnozlaşdırılır. Daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat, dövlət zəmanətlərinin yuxarı həddi 3 milyard manat təklif edilir. Hazırda ölkəmiz dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən aşağı ölkələrdən biridir. Cari ildə görülən tədbirlər nəticəsində istiqrazların orta ödəmə müddəti 2,4 dəfə artaraq 3,5 ilə çatdırılıb".

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Marketinq nə demədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Bill Qeyts kimdir?
Onlayn biznes növləri
IBAN nədir?