Dövlət "Bravo"ya ödəniş edəcək ki, kiçik sahibkarlar burada - MƏHSULLARINI SATA BİLSİNLƏR - FOTOLAR

Dövlət Daha bir ticarət şəbəkəsinə daxil olan üç marketdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışına dəstək göstərilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a bildirilib ki, "Bravo" supermarketlər şəbəkəsinə daxil olan üç hipermarketdə bu məqsədlə daimi satış yerləri yaradılıb. Hazırda bu satış yerlərində 10-a yaxın mikro və kiçik sahibkarlıq subyektinin istehsal etdiyi çay, soyuq sıxım yağlar, sular və limonadlar, un, ədviyyat, bal, kofe, sirkə, quru meyvələr, konservləşdirilmiş turşular və sair məhsullar satılır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Bravo"ya daxil olan hipermarketdə mikro və kiçik sahibkarların məhsullarının satışı üçün yaradılmış satış yeri ilə tanış olub.
Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. 2022-ci ilin yanvar ayından etibarən KOBİA-ya bu dəstəkdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlardan 96 müraciət daxil olub. Hazırda bu dəstək mexanizmi çərçivəsində müxtəlif ticarət şəbəkələrində 7 daimi satış yeri yaradılıb. Burada 25-dən çox mikro və kiçik sahibkarın məhsulları satılır. KOBİA-ya daxil olmuş müraciətlərə uyğun olaraq sahibkarlıq subyektlərinin məhsullarının iri ticarət şəbəkələrində yerləşdirilməsi istiqamətində işlər davam etdirilir. İri ticarət şəbəkələrində məhsullarının satışını təşkil etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya elektron qaydada müraciət edə bilərlər (). Bu dəstək çərçivəsində ticarət şəbəkəsində bir sahibkarın istifadəsinə verilən satış yerinin ölçüsü 50 santimetr, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə 3 aydır. Müraciət edənlərin sayı və məhsula olan maraq nəzərə alınaraq satış sahəsindən istifadə müddəti daha 3 ay uzadıla bilər. Mikro və kiçik sahibkarlıq subyektlərinin istifadəsinə verilən satış yerlərinə görə icarə haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır.

Biznes     Tarix: 27 fevral 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler biznes krediti telefonla pul qazanmaq depozit faizleri valyuta xeberleri