Dövlət büdcəsinin yarısı neft gəlirləri hesabına formalaşıb
Neft gəlirlərinin büdcə xərclərinin maliyyələşdirilməsində xüsusi çəkisinin azaldılması Dövlət Neft Fondunun (DNF) aktivlərinin tükənməsinin qarşısının alır.
Marja xəbər verir ki, bu, Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, 2022-ci ildə dövlət büdcəsinin neft gəlirləri 15 milyard 329,6 milyon manat təşkil etmiş, 2021-ci ilə nisbətən 13,2% artmışdır. Cəmi məbləğdə artım izlənsə də, neft gəlirlərinin xüsusi çəkisi 1,3 faiz bəndi azalaraq 50%-ə enmişdir.
Vergi orqanlarının xətti ilə toplanan neft daxilolmalarının proqnozla müqayisədə 3 milyard 386,6 milyon manat artıq icrası DNF transfertlərinin 3 milyard 594,5 milyon manat aşağı icrasına imkan yaratmışdır. DNF transfertinin məbləği əvvəlki illə müqayisədə 3 milyard 427 milyon manat az olmuşdur. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Green Card nədir və onu necə əldə etmək olar?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes qurmaq üçün nə lazımdır?